Gənc və sağlam qalmanın sirləri

Gənc və sağlam qalmanın sirləri
Gənc və sağlam qalmanın sirləri


Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Ömrü uzatmaq, daim sağlam və gümrah olmaq üçün qidalanmadan tutmuş gənc və gözəl görünməyə kimi hər şeyə xüsusi diqqət ayrılmalı, lazımi prosedurlar öyrənilməli və ona riayət edilməlidir.

Gənc və gözəl görünməkdə dəriyə qulluq vacib amillərdən hesab olunur.

Bilidiymiz kimi dərimizin günəşin təmin etdiyi D vitamininə ehtiyacı vardır. Lakin buna baxmayaraq günəş şüalarına çox nisbətdə məruz qalmağın yaşlanma müddətini sürətləndirdiyi bildirilir. Bu səbəbdən də günəş kremi istifadə etmək lazımdır.

Həmçinin bütün göz ətrafını örtən və ultrabənövşəyi şüaların qarşısını alan qorumalı eynəklərdən istifadə də məsləhətdir. Bu eynəklərin göz kənarlarında bəzi qırışlara qarşı qoruma təmin etdiyi bildirilir.

Dərinizdə kollagenin meydana gəlməsinə köməkçi olan alfa hidroksil tərkibli üz temizləyiciləri ilə üzünüzü təmizləyin. Beləcə yeni dəri hüceyrələrinin daha tez meydana gəlməsinə köməkçi olarsınız.

Balanslı qidalanmaq, dərinizin A, C, D və E kimi vitaminlərini lazımlı miqdarda almasını təmin edir. İstək əsnasında gündəlik pəhrizinizə tərəvəz və meyvələri də əlavə edə bilərsiniz.

Əllərdəki yaşlılıq əlamətlərinin qarşısını almaq üçün ilk öncə əllərə yumaq losyon tətbiq etmək məsləhətdir.

Hər gün idmanla məşğul olmaq, bədən tarazlığı və maddələr mübadiləsi baxımından faydalı hesab olunur. Sağlamlıq baxımından üzmək, qaçmaq, rolik və velosiped sürmək də çox faydalıdır.


Bu cür həyat tərzi gənc və sağlam olmağın əsas ünsülərindən hesab olunur. Bir sözlə sağlamlığınıza xeyri olan bütün imkanlardan yararlanın. Çünkü, həyatınız təkcə sizin üçün deyil, sizi sevənlər üçün də çox önəmli hesab olunur.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.