Dünyanı güldürən boşanma FAKTLARI

09 Eylül 2014
1 549
0
Dünyanı güldürən boşanma FAKTLARI
Dünyanı güldürən boşanma FAKTLARI


Hindistanın Bombey şəhərində bir nəfər həyat yoldaşından daha çox sevgi-məhəbbət istədiyi, amma bu istəyinə cavab ala bilmədiyi üçün boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. O, ərizəsində arvadı tərəfindən məcbur edildiyi üçün dərmanlar qəbul etdiyini, amma bu dərmanlar üzündən də xəstəxanaya düşdüyünü deyib. Arvadının istəklərini yerinə yetirməyi rədd etdiyi zamanlarda isə yoldaşının təhdidi ilə qarşılaşdığını söyləyib. İddia boşanma ilə nəticələnib. Ancaq bu bilinən ən qəribə boşanma hekayəsi deyil.

İtaliyada anasından ayrıla bilməyən kürəkən, bal ayına gedəndə belə, anasını da apardığı üçün evliliyi 3 həftə çəkib.


Almaniyada bir qadın həyat yoldaşının təmizlik xəstəliyi üzündən boşanmağa qərar verib. Yaxşı bəs niyə? Yoldaşının son qərarı "çirkli" olduğu üçün divarı uçurub, yeni divar tikmək istəyi olub. 15 ilin tamamında evlilik başa çatıb.

30 yaşında olduğu halda yoldaşına 24 yaşı olduğunu söyləyən qadının yalanı 10 il sonra açılıb. Bu yalan isə boşanma ilə nəticələnib.


Bir gün evə getdikdə, tutuquşunuz "səbirli ol" və "boşanmaq" kimi sözlər söyləsə, nə düşünərsiniz? 2001-ci ildə ildə evindəki quşlar sayəsində bir qadın həyat yoldaşının onu aldatdığını öyrənib və boşanmağa qərar verib.

60 il əvvəldən qalmış məktuba görə yoldaşınızdan boşanardınızmı? 99 yaşı olan ər 96 yaşlı yoldaşının 60 illik eşq məktublarını tapdığı üçün boşanma ərizəsi ilə məhkəməyə üz tutub. Bu ayrılıqla dünyanın "boşanan ən yaşlı cütü" adı ilə Ginnesin Rekordlar Kitabına düşüblər.

Fransız bir qadın həyat yoldaşını 20 ildir onunla yaşamadığı üçün məhkəməyə verib. Hakim "romantik zərər" verdiyi üçün ərə 14 min dollar dəyərində təzminat cəzası verib və onları boşayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.