"Qəribə yoxsulluq"

01 Nisan 2015
1 704
0
"Qəribə yoxsulluq"
"Qəribə yoxsulluq"


"Qəribə yoxsulluq"


Hərdən igidlik göstərib, kiçik bir qızı yanğından xilas etmək keçir beynimdən.His basmış gözlərdən axan yaşı silib,"qorxma sən tək deyilsən" demək istəyi keçir beynimdən. Hərdən bir yalana aldanıb, ömürlük ona bağlanmaq istəyirəm...Qəribə yoxsulluq yaşayıram indilərdə.Ölümün yaxasından qurtulub həyata atılan insan, görən düşünmürmüki, o yenidən ölümlə cəzalanıb?
-Barışmaq olmur bu həyatla,süzülən baxışların bir qismi kədərlə,digər qismi suallarla dolu.Kimə necə,harda,nə zaman inanacağını bilə-bilmirsən. Önünü qoruyarkən arxadan, gülüş dolu zərbələrlə vurulub, qaranlıq quyuyun dibində palçıq kimi əzilmək, insana təsir edir.Həyatdan narazı qalmamışam,çünki ona heç vaxt güvənmirdim.Nəyə bağalanasan heç bilmirsən.Həyatın ilk möcüzəsi özüm olduğumu, bu yaxınlarda anladım,dörd fəsildə minlərlə ağrı.
-Heçnəyi dəyişdirə bilməyəcəkdimsə, niyə yaradılışıma icazə verildi? -Nə vaxta kimi,zamanın təhrik etdiyi yollarda devriləcəm? Nə vaxt bu sualları verməyə səbəb olan ağrılar, çiyinlərdən töküləcək?- Görən nə vaxta kimi, pul ilə Allah almaq istəyən pozğunların içində həyat sürəcəm?!
Mən nə dəli,nədə naşükür deyiləm.Sadəcə aya ikiyüz manat maaş alan sadə vətəndaşam.Varlı ola bilmədiyi üçün yoxluq ilə kifayətlənən, sadə vətəndaş.İstinadan verilən məlumata görə,kasıblar cənnətə buraxılmayacaq...."Bəs deyirdilər ölmüş insanları o dünyada sorğu-sual edəcəklər?!" -"Hanı?"
- Hər oyandığım gün, güzgüdə, məndən qaçan insandan başqa bir şey görmürürdüm.Biz belə razılaşmamışdıq axı, ümumiyyətlə "razısanmı?" sualı verildimi mənə? - Hesabım nədirsə, gətir ödəyib gedim səndən, "həyat".
- Bu cür ömür sürmək yaşamaqdırsa,mən ölmək istəyirəm!
Bildik insaf sənə məxsus deyil,qiymətin nədirsə söylə verəim,yetər ki,məndən əl çək!. Cismim sənin olsun,ruhumu burax gedim. Cismimdə canda qalmadı ki,cana yığılım.
Anla artıq olmur səndə yaşamaq.Xoş ömür sürmək üçün ya vətən xaini olmalıyam,yada On bir dəqiqəlik Marina!
- Nə vaxtsa məni anlasan,vicdandan boğulub, axirətini gözləyəcəksən!
"Həyat!"...


"Qəribə yoxsulluq"

- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.