Göz xəstəlikləri.

15 Nisan 2015
4 342
0
Göz xəstəlikləri.
Göz xəstəlikləri.

Gözlərin selikli qişasının iltihabı konyuktivit adlandırılır. Konyuktivitin səbəbləri müxtəlif ola bilər - allergen, virus, bakteriya, göbələk.

Konyuktivitin səbəbini təyin etmək çox vacibdir ki, bundan müalicənin düzgün və effektli getməsi asılıdır.

Konyuktivitin səbəbi müxtəlif bakteriayalar (stafilokokk, streptokokk, pnevmokokk və s.) ola bilər.

Viruslar da konyuktivitin inkişafına səbəb ola bilər. Bu virislar arasında - adenovirus, herpes, qızılca virusu və s.

Konyuktivitin səbəbi allergiya (dərmana, bitkilərin tozcuqlarına, kontakt linzalara, kosmetikaya və s. qarşı) da ola bilər. Konyuktivitin sevimli fəsili - yazdır. Yazda bitkilər çiçəklənir və bitkilərin tozcuqları allergiyaya meyilli insanlarda konyuktivitin inkişafına səbəb olur.

Səbəbindən asılı olmayaraq bütün konyuktivit növlərinin eyni simptomları var. Bu simptomlar arasında:

- göz qapaqlarının ödemi və qızarması,

- gözlərin selikli qişasının ödemi və qızarması,

- gözlərin sulanması,

- işıqdan qorxma,

- gözlərdə ağrılar və gözlərdə yad cismin hissi,

- gözlərdən seliyin, irinin axması.

Bunlara qeyri-spesifik simptomlar deyilir. Bəzi simptomlar da var ki, bu simptomlar məhz hər hansı konkret konyuktivitin növünə (bakterial, virus və s.) işarə edin. Bu simptomlara əsaslanaraq həkim xəstəyə diaqnoz qoyur və müalicə təyin edir.

Konyuktivit adətən hərarətin artmasına səbəb olmur. Lakin bəzən konyuktivit digər infeksiya və ya iltihabın fonunda inkişaf edə bilər (kəskin respirator infeksiyası, qızılca və s.). Bu halda hərarətin artmasının səbəbi konyuktivit deyil, məhz bu infeksiya və ya iltihab olur.

Konyuktivitin ilk simptomlarında dərhal oftalmoloqa müraciət etmək lazımdır. El arasında "dəbli" olan çay islatmaları xəstəliyin kəskin dövründə heç bir müalicəvi effekt verməyəcək, xəstənin vəziyyəti isə daha da ağırlaşacaq (iltihab buynuzlu qişaya keçə bilər ki, bu görmənin zəiflənməsinə gətirib çıxarda bilər).

Konyuktivitin səbəbindən asılı olaraq oftalmoloq xəstəyə antibakterial ("antubiotik"), viris əleyhinə və ya antihistamin (allergiya əleyhinə) preparatlar təyin edə bilər. Preparat göz damcısı və göz məlhəmi şəklində olur.

Konyuktivitin müalicəsi simptomların tam yox olmasına kimi davam olunmalıdır. Tam şəkildə müalicə olunmadıqda konyuktivit xroniki formaya keçə bilər.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.