Eşitdiyimizə, yoxsa gördüyümüzə?!

09 Mayıs 2015
1 419
0
Eşitdiyimizə, yoxsa gördüyümüzə?!
Eşitdiyimizə, yoxsa gördüyümüzə?!
Belə bir məsəl var: “Min eşitməkdənsə, bir görmək yaxşıdır“. Mən də bu fikirlə razıyam. Ancaq bəzən elə olur ki, eşitdiyimizə inanırıq. Bizə yaxın bir insan bunu dedikdə heç şübhə belə etmirik, əminliklə razılaşırıq. Çünki fikirləşirik ki, əzizimizdir, yaxınımızdır, dostumuzdur, o ki, mənə düzünü deyəcək, niyə mənə yalan danışmalıdır ki?! Burada məqsədi nə ola bilər ki?! Heç söhbətin mənbəyini belə axtarmırıq. O, görübsə mənə deyirsə 100% inanmalıyam, başqa cür ola da bilməz.

Ancaq vaxt keçir məlum olur ki, zaman öncəsi bizə deyilən söz yalan imiş, ya da ki, yalnış başa düşülüb. Yalanın da 40 gün ömrü olur deyiblər. Həqiqət həqiqətdir və gec – tez bəlli olacaq. Bu müəmmalı sözün üstü açıldıqdan sonra deyən insan burada pis olur. O insana qarşı inam azalır, artıq hər sözünə şübhə etməyə başlayırıq. Vaxtında güvənimizi itirib.

Digər tərəfdən isə ona inanan da məyus olur. Çünki onun sözünə bir növ aldanır. Peşmançılıq hiss keçirir. Artıq iş – işdən keçib. Hər iki tərəf pis vəziyyətə düşür. Bu da onun nəticəsidir ki, gördüyümüzə yox, məhz eşitdiyimizə inanırıq.


Həmçinin bu hal realda yaşandığı kimi, virtual aləmdə də yaşanır. Tanımadığımız insanlar bizim haqqımızda pis fikirləşir. Bizim haqqımız da səhv informasiya verilir. Arada isə bizlər qurban gedirik. İlk öncə insanı tanımaq lazımdır, sonra onun haqqında nəsə bir fikir söyləmək olar. Qabaqdan gəlmişdik edib insanlar haqqında yalnış sözlər səslənilir. Xoşagəlməz sözlər özümüz haqqında eşidirik. Bu da o cür olmayan insana çox təsir edir. Həmin insana qarşı mənfi rəy formalaşır. Biri var olanı danışmaq, biri də var olmayanı, özü də şişirdilmiş şəkildə. Yəqin ki, bu cür insanlar yalnız digər insan haqqında pis, gözdən salmaq bu cür yollara əl atırlar. Buna başqa cür ad vermək olmaz. Əvvəl tanıyın sonra öz mülahizələrinizi yeridin, kimisə də əsassız mühakimə etməyin. Bu qısa, fani dünyada babal yumaq nəyə lazımdır?!!!

P.S Gördüyünüzə, yoxsa eşitdiyinizə inanırsınız?
Bilirəm çoxunuz gördüyümüzə inanırıq yazacaqsınız, bəs bunu sizə olduqca yaxın bir insan tərəfindən deyilsə necə? Onda da eşitdiyinizə inanmayacaqsınız?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.