"Ayrı sevgilər"

20 Ağustos 2015
1 448
0
"Ayrı sevgilər"
"Ayrı sevgilər"
Bu gün sevgidən yazmaq ümidi ilə qələmi əlimə aldım.Hardan
başlayacağımı bilmədim.Sevginin başlığı, ortası, sonu olmur
axı.Qələmin ucunda çirnelin daha çox mürəkkəbləşdiyini
görüb tez yerə tulladım.Çox qorxdum bacarmayacam deyə.
Yeganə yazımdır ki, bilmirəm adını nə qoyum.Sevgi?
İlluziya? yoxsa Dejavu?

Qəlizdir cavab tapmaq.Uduzacağın müharibənin hakimi
olmaq çox çətindir.Bu hissi əminəm ki, Tanrı bizə ayrı bir
şəkildə ruhumuza təqdim etmişdi.Biz sadəcə çox dəyişiklik
etmişik. Yazdığım yazını yenidən oxumaq istəmirəm,
oxuduqca "İlahi bunu mənmi yazmışam deyə" içimdə bir
məyusluq hiss yaranır.Sevgini nə olduğunu, necə bir hiss olduğunu öyrənmək üçün,
heç bir dərvişin, heç bir şairin yanına getməmişəm.Onsuz
əminəm ki, hər kəs eyni cavabı verəcək.

- Çoxları məndən soruşub, sevgi nədir ?
+Cavabım hər dəfəsində: "Onu bilirəm ki, 14 yaşımdan sonra
onu itirmişəm" olub....
Uşaqlıqdakı gülüşlər neçə yerə bölünür bölünsün,heç vaxt
saxta olmuyub.
Mənim üçün sevginin ikinci adı "uşaqlıqdakı gülüşüm" olub.
Mən 12 yaşda yaşadığım payızla, 18 yaşda keçirdiyim payızı
müqayisə etsəm, elə bilərəm ki, iki dəfə dünyaya
gəlmişəm.Növbə ilə, birinci xoşbəxtlik, sonra isə bədbəxtlik
yaşamışam...
- Qanadları qırılan bir quşun uçmaq ümididir sevgi.Onun
sevgisi uçaraq səmaya qalxmaq deyil.Onun sevgisi

körpələrinə yemək aparmaqdır. Acı görsənsədə əsl sevgi
budur. Hərənin bir hekayəsi olduğu üçün, hər kəs həyata ayrı-ayrı
sevgiylə baxır.
- Payızı özündən çox sevən bir insana, heç vaxt yazda açan
çiçəklərdən,yaşıllaşan meşələrdən danışma.Sənə nifrət edib,
ateist olduğunu zənn edər.Elələri yalnız bir fəsildə yaşayır.Digər
üç fəsildə isə dua edər. Görən nə dua edir deyirsiz?
- "Payızın qayıtmasını"...

Ola bilə payızda qeyri-adi heçnə olmasın.Yağış,günü-gündən
solub xəzan olan yarpaqlar və.s. Amma o, yalnız bu fəsildə
özünü əks edə bilir. Hər kəsdən üstün olduğunu sanır.Daha da
səmimi olur, insanlara deyil, Tanrıya...
Çoxları üçün sevgi beş hərifdən, iki saitdən və üç samitdən
ibarətdir.Onların yarısı bir zaman sevgidən yazan dəli aşiqlər
idi.Xəyanət,bədbəxtlik,qəzalar və.s bu kimi şeylər onları bu
vəziyyətə gətirib çıxardıb.Sevgi yoxdur deyən insanın
tarixçəsini araşdırsaz, bəlkə görərsiniz ki, şifrəli sözün yalnız
onlar nə olduğunu bilirlər.
..
- "Ən azında birinə bir parça çörək verib, kiminsə üzünü
güldürə bilirsənsə, demək ki Allaha sevgi dolu dua edə
bilirsən"!

- Süleyman Əliyev"Ayrı sevgilər"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.