Bu payız gecəsi yaman uzandı

20 Ekim 2015
5 016
8
Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı


Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...
Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı

Bu payız gecəsi yaman uzandıSevərdim payızı, rəngarəngliyini, solğunluğunu həyatın, hər şeyin sonuna yaxınlaşdığını göstərərkən hamıya mənim üçün başlanğıc idi payız. Sevərdim payızı küləyi, çolğunu ilə, sevərdim durmadan yağan yağışını, dəyişkənliyini sevərdim. Hər zamankindən fərqli idi səninləykən payızın gəlişi həyatıma. Sanki ağ-qara olan bir rəsmə bir rəng qatılmışdı. Sanki hər şey daha gözəl görünürdü mənim üçün, həyata yenidən doğulmuş kimi idim...
Biz idik başlayan əslində, payız deyildi. Sanki birlikdə addımlamağı öyrənirdik...
Payızı çox sevərdim, həyatımın fəsili idi payız. Seyr etməyi sevərdim yarpaqların bir-bir xəzana dönməsini, günəşin qızılı yarpaqlar üzərindəki parıltısını seyr edərdim. Hər bir yarpaqla sanki bir insan həyatı bitirdi, sanki yarpaqlarla birgə xoşbəxtliklər qopub gedirdi... Amma mənim üçün əksinə, Sən gəlirdin addım-addım həyatıma payızla birgə. Qaçaraq deyil, hər yarpağın düşməsi ilə gəlirdin... Həzin musiqilərin gözəlliyinə dalırdım, səni düşünərək sevərdim payızı...
Yağışını sevərdim... Onun təravətini sevərdim, ruhumla hiss edərdim gəlişini... həm onun, onunla da birgə sənin gəlişini... İçimdə titrəyiş olurdu o payız gecələri. Hər gecə səninlə bağlı bir söz, bir cümlə aradığım o payız gecələri. Bilirsənmi, onlar sevdirmişdi mənə səni. Çünki hər zaman itkilərlə bağladığım payız bu dəfə sanki bir doğma qazandırırdı mənə hər ötən dəqiqələri ilə... Pillələrlə sevməyin nə olduğunu bilirsənmi? Aradığın birini anlarla tanımaq üçün gecələri yatmayıb onun yaşadıqlarını gizli yaşamaq. Onu tanımadan ona bağlanmaq, qısqanmaq, onu arzulamaq və eyni anda əlçatmazlığını anlayıb sadəcə varlığı ilə kifayətlənmək...Səni payızla birlikdə yaşadım, səni payızım olaraq yaşadım
.
Bu payız gecəsi yaman uzandı

Bu payız gecəsi yaman uzandı
Bir payız gecəsi nə uzun oldu...
Səhərim, vüsalım gecikir mənim...
Baharım gəlməmiş çiçəyim soldu,
Sənsizlik, tənhalıq... budur qismətim...
Yenidən sənlərim... Sənli anlarım, sənli saatlarım, sənsiz yaşadığım sənlərimlə baş-başayam yenidən. Bu dəfə gələn yenidən payızdır, gedən isə Sən. Bu payız yenidən bir başqa. Bu payız içimə də gətirir öz soyuğunu, onunla birgə mənim də qəlbim ağlayır bu payız gecəsi.
Vaxtın sürətindən gileylənənlər
İntizar çəksəydi vaxta gülərdi...
Vaxtın ləngliyindən aman dilərdi...
Aman dilərdi...



Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı
Xəyallarımda birgə hiss edərdik bu anları, sənin həsrətini duyduğum hər yağışlı gecə birgə idik xəyallarımda, əl-ələ idik, yanağımdan sən silərdin o an hər yağışın damlasını. Həmin an göz yaşlarım gizlənərdi o yağışın damlalarında. Hiss edərdin, üzünə xəfifcə gülümsəyərdim... Sevərdin o gülüşümü, aşiq idin məsum baxışlarıma. İzləyərdin saatlarla şəkillərdə o baxışımı. Yorulmazdın, yorulmazdıq bir-birimizdən...
Bir zamanlar son ümidlə
Asimana qalxan əllər
İndi yerə enə bilib,
Ağ vərəqi
Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı
Bu payız gecəsi yaman uzandı



Bu payız gecəsi yaman uzandıOzüm ilə qaralayan incə qələm
Susub, susub, yazdığını silə bilib...
Bir anda sonlandı bütün xəyallarım. Bütün gözəlliklər sona çatdı bir nağıl kimi, bir yuxu kimi... Birgə səmaya baxdımız gecəni xatırlayıram zamanlarla... Hər kəsin nəzərə bizdəykən birgə mahnıları oxumağımızın xatirəsi təbəssüm yaradır üzümdə. İndi həmin gecələri sabaha ümidsiz şəkildə yaşayıram. İndi də Sən varsan, lakin artıq mənə aid olmayan Sənsən röyalarımda...
Sirrimiz, sevdamız yatır dərində.
Özüm özüm üçün unudulmuşam...
Mən ki bu intizar gecələrində
Sənə özündən də yaxın olmuşam...
Sənsiz nə payızı sevirəm, nə də yağışı. Nə gəlişini gözləyirəm artıq, nə gözəlliyini. Sənsizliyi istəmirəm. İstəmirəm nə hiss edim bu gecəni, nə sabahı, sənsiz leçən heç bir anı istəmirəm...
Öyrəşmişəm sənsizliyə
Səni mənə xatırladan
Uğultulu səssizliyə
Öyrəşmişəm,

Hər yağışın damlasında,
Hər həzin pıçıltısında,
Buludların arasında,
Səni görmək istəyirəm....

Yağışda sən, yağmurda sən,
Canımda sən, qanımda sən,
Kaş olaydın yanımda sən,
Sənlə olmaq istəyirəm
Bu payız gecəsi yaman uzandı


Bu payız gecəsi yaman uzandı
Sənlə olmaq istəyirəm. Yenidən hər anımızı yaşamaq istəyirəm. Əllərinə toxunub nəfəsini duymaq istəyirəm. Yenidən sevinək, gülək. Hər bir gəzdiyimiz yeri yenidən gəzək əl-ələ. Utanmadan, heç kimə fikir vermədən mahnıları səsləndirək. Qucaqlaşaq, buraxmayaq əlimizi. Öpüşündə unudulum... Ağlayıram.
Doğmalığın daha da artır, yoxluğun daha çox sevdirir birgəliyimizin gözəlliyini. Yenidən keçmək istəyirəm o küçələrdən, qışqırmaq istəyirəm. Düzünü deyimmi? Bu an sadəcə başımı dizlərinə qoyub sənsizliyi ağlamaq istəyirəm...
Son dəfə yenidən Ömrümün payızını yaşamaq istəyirəm...
Bir də sənə öyrəşmişəm,
Məni məndən almağına,
Məni mənsiz qoymağına,
Bir gündə min ölümünlə.
İki ayaq üzərində
Sınmış "əzimli” vicdanla
Qarşımda lal durmağına
ÖyrəşmişəM..
Bu payız gecəsi yaman uzandı

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
    redakte super alinib beyendim xeberii 12
  2. AleDa
    • AleDa
    • 21 Ekim 2015 19:21
    Doğmalığın daha da artır, yoxluğun daha çox sevdirir birgəliyimizin gözəlliyini. Yenidən keçmək istəyirəm o küçələrdən, qışqırmaq istəyirəm. Düzünü deyimmi? Bu an sadəcə başımı dizlərinə qoyub sənsizliyi ağlamaq istəyirəm...
    Son dəfə yenidən Ömrümün payızını yaşamaq istəyirəm...

    Bu hıssesını daha cox beyendım. Nece gozel sozlerı var. Yagıs yagır.Yagısın sesıyle oxudum. Dahda menalı oldu. Menalı oxuduqca dusunduren sozlerı vardı. Mene tamam basa hıssler yasatdı.. Cox Tewekkurler...
  3. -Aydan-
    Xəbər göz oxşuyur ..Çox səliqəli xəbərdir.. Repdə qəşəngdi ilk dəfədi eşidirəm..
    Sözlərə gələndə bütün cümlələr bir-birini tamamlayır təşəkkürlər.. Əllərinə sağlıq..
  4. SaFFron
    Yazıdan çox redaktəni bəyəndim )) əla olub.Əllərinə sağlıq
  5. Jessica
    Tam oxumyan özünü yorum şeh yazmasın heç mene lazımda deyil ele şehler
  6. ..Şirinim..
    Redaktiə super alınıb
    Bəyəndim xəbəri
  7. crazy_reniw
    tam oxumadim amma yaxsi xeber idi twk

    tam oxumadim amma yaxsi xeber idi twk
  8. SindireLLa



    Xəbəri oxumaqa səbrim çatmadi. Redaktə qəşəydi. Tam Payiz Fəsli )Əllərivə saglik.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.