Heç olmasa bunu mənə çox görmə

23 Kasım 2015
1 483
3
Heç olmasa bunu mənə çox görmə
Heç olmasa bunu mənə çox görmə


Bir yoxmuşam kimi rəftar etmə mənə...
səndən əvvəl də yaşayırdım, səndən sonra da həyata davam edəcəm...
əlbəttə ömürlükdür sevgidən gözləntim, bu da alınmırsa, dadmağı da sevirəm...

Heç olmasa bunu mənə çox görmə

İlk dəfə görmədim meşəni, dənizi...
səndə olan o soyuqluğu, hər anında hiss etdirdin bu yoxluğunu...
Səndənmi öyrəndim ürəkli olmağı...? Hər anında
köməyə ehtiyacı olanlara əl tutmağı,yardım etməyi...


Heç olmasa bunu mənə çox görmə

Səndən əvvəl öyrəndi ürəyim sevməyi...
Acıyı, xəyanəti, sevgini, dostluğu... Sən isə mənə gedişindən
qalan xatirələri unutmağı öyrədirsən,amma yoxxx...heç bunu da bacarmırsan...

Heç olmasa bunu mənə çox görmə

Sahilə çırpınan dalğaları ürəyimdə yaratmağı öyrətdin...
susmağı, dalğalara səssizcə seyr etməyi öyrətdin...
Artıq mən rahatlıq axtarışındayam, inan daha yorulmuşam...
2 gün əvvəl yenə rahatlığımı pozmağa cəhd etdin, amma yox
daha bacarmazsan... Getməyi sən, tərk edilməyi isə mən seçdim...

Heç olmasa bunu mənə çox görmə

Getdin, bəs nə oldu...?
İtirən sən, qazanan isə mən oldum...
Geri dönüşünə cəhd, sənin itirdiyini göstərdi...yox artıq gecdir,
həm də çox gecdir...artıq nəyə isə cəhd göstərmə, bacarmazsan...
Unudacağımı düşünmə, buna əmin ol... çünki unutmuşdum,
amma sən rahatlığıma fırtına qatmasaydın...
Geri dönməklə özünün acizliyini göstərdin,məğlub oldun...


Heç olmasa bunu mənə çox görmə

Bilirəm, bu yazını indi oxuyursan...
inanıram ki, bir də səhvlərinə səhv qatıb geri dönmək üçün cəhd etmiyəcəksən...

ARTIQ MƏN SƏNSİZLİYƏ ÖYRƏŞMİŞƏM, HEÇ OLMASA BUNU MƏNƏ ÇOX GÖRMƏ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Səndən əvvəl öyrəndi ürəyim sevməyi...
    Acıyı, xəyanəti, sevgini, dostluğu... Sən isə mənə gedişindən
    qalan xatirələri unutmağı öyrədirsən,amma yoxxx...heç bunu da bacarmırsan...

    -Gözəl məqalədir.. Sevgi xəbərlərin elə bəyənməsəmdə bu xəbəri bəyəndim..
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 23 Kasım 2015 22:44
    Gozel sozlerdi..Tesekkurler..
  3. Alev..
    -`Qəşəy bəindim.. ^.*)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.