Qısa bir hekayədi vaxt edib oxuyun..

15 Aralık 2015
2 767
1
Qısa bir hekayədi vaxt edib oxuyun..
Qısa bir hekayədi vaxt edib oxuyun..
Qısa bir hekayədi vaxt edib oxuyun..

Saat 6 radələri idi.Hava yenicə qaralmağa
başlayırdı və işıq lampaları
qanunauyğunluqla yanırdı.
Gündüz çağı elə də
maraqlı görünməyən şəhər gur
işıq lampalarının vasitəsilə mükəmməl libasa
bürünmüşdü.Hər axşam olduğu
kimi bu gündə eyni `xaos` yaşanırdı.Ötən gecə
yağan yağışdan yığılan su
gölməçələri öz yerini qoruyub
saxlamışdı.İnsanlardan bəziləri avtobusa
çatmağa,bəziləri evə gedib xanımını və
uşaqlarını görməyə,bəziləri də
sevgilisi ilə görüşə tələsirdi.
Küçənin sağ tərəfində
qaçışan insan
toplusunun arasında 9 yaşlı,kiçik boylu,dolu
sifətli,sarı saçları və ononla
həmahəngliy yaradan mavi gözlərə sahib,əyninə
qara rəngli üstü ala-tala
toza bulaşmış köynək,cins parçasından nimdaş
şalvar və palçığa batmış,yan
yörəsi bir neçə yerdən deşilmiş ayaqqabı
geyinən uşaq görünürdü.
Yorğun
halda gəzərək əlində qalan 1 paket salfeti
sataraq,evə alacağı çörəyin
pulunu düzəltmək haqda düşünürdü.Yol boyu
olan restoranlardan çıxan isti
yemək ətri onu `məst` edirdi.Bu zaman
qarşısında cəld addımlarla irəliləyən
birinin cibindəki telefonu çıxararkən `10 qəpiyin`
yerə düşdüyünün şahidi
olur.
Qısa bir hekayədi vaxt edib oxuyun..
Sıx gəzən adamların arasından sivrilib pulu
yerdən götürdü.Qəpiyin
sahibi isə get-gedə uzaqlaşaraq görünməz
olurdu.Bunu görüb addımlarını
tezləşdirdi.Qaçaraq həmin adamın arxasınca
gedirdi ki,gözdən
itirməsin.Birdən-birə orta boylu bir xanıma
dəydi və əlindəki son salfet
paketi yerə düşdü.
Buna məhəl qoymayaraq
qəpiyin sahibinin bərabərinə çatdı
və toxunaraq onu saxladı.Uzun yolu qaçaraq qət
etdiyinə görə tənginəfəs
halda dilləndi: -Əmi..bayaq qəpiyiniz..yerə düşdü..onu
gətirmişəm! Təxminən 1.75

boylarında,uzun sifətli,qarabəniz,əyninə səliqəli
kostyum,üzərinə tünd göy
naxışlarla bəzədilmiş kurtqa geymiş şəxs,əlini
uşağın çiyninə qoyaraq: -Cəmi 10 qəpiyə görə bu qədər yol qaçmağına
ehtiyac yox idi.Bir halına
bax,ürəyin bu dəqiqə sinəni yaracağ sanki.
Artıq hal`ı biraz düzəlmişdi və kədərli səs tonu
ilə:
-Mən pulun hansı əziyyətləeə qatlanaraq
qazanıldığını bilirəm.Ona görə də
bu pulu sahibinə qaytarmaq istədim.
Qısa bir hekayədi vaxt edib oxuyun..
Göy kurtqalı adam inadla qəpiyiuşağın
götürməsini istəsə də o,bunu qəbul etmədi.

Sənin təkbaşına küçədə var bu vaxt?
-Salfet sataraq xəstə anama baxıram
-Bəs salfet hanı?
Bu vaxt uşağın yadına düşdü ki,son salfet
paketini bu adamın arxasınca
qaçanda yerə düşürüb.
-Qaçanda yerə düşdü.
Onu da satıb çörək
alacaqdım.Uşağın gözlərinim dolması
pul sahibinə pis təsir etdi:
-Onda bu mənim günahım sayılır.Özümü
sənə bağışlatmaq üçün gedək sənə çörək
alım.Etiraz qəbul etmirəm!
Uşağın əlindən tutaraq mağazaya girdilər və
yeni gəlmiş çörəkdən
aldılar.
Qəpik isə hələ əlində idi.
Yuxarı qaldıraraq:bəs bu? dedi.
-Onu cibinə qoy,sabah pulun üstünü düzəltməyə
lazım olar...deyərək uşaqla
sağollaşdı.Sonra isə yeyin adımlarla insan
toplusuna qarışaraq görünməz
oldu.
Balaca isə çörəkdən bir dişləm
qoparıb,həyəcan siqnalı verən
gözləri,dodaqlarında gəzən xəfif təbəssümlə
evə doğru qaçdı.
Qısa bir hekayədi vaxt edib oxuyun..


Yazar: İbrahim MahmudovQısa bir hekayədi vaxt edib oxuyun..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 15 Aralık 2015 23:17
    Gozel, ıbretamız ve tesır edıcı bır hekayedı.. Usagın etdıyı hereket ve kısıye cavabı cox geseydı.. Tesekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.