❄⁂Yolkasız evlər ❄⁂[3]

30 Aralık 2015
1 847
1
❄⁂Yolkasız evlər ❄⁂[3]
❄⁂Yolkasız evlər ❄⁂[3]
❄⁂Yolkasız evlər ❄⁂[3]
Mən kiməm bəs? Gec də olsa tanış olaq. Mən Fərid. 16 yaşım var. Bəlkə də danışdıqlarıma görə məni yaşca daha böyük hesab edirdiz. Ancaq insanı yaşı deyil, yaşadıqları böyüdür.
Məktəbliyəm, dərsdən sonra resteronlarda ofsiantlıq edirəm. Ailəmizdə iki nəfər var anam və mən. Atam yaşayır ancaq mənim üçün ölüb. Niyə? Nə üçün? Bunları danışıb başınızı ağrıtmaq kimi bir fikrim də yoxdur. Ata- sadəcə söz israfı!
❄⁂Yolkasız evlər ❄⁂[3]

❄⁂Yolkasız evlər ❄⁂[3]

Ağlım hələ də "Yolkasız ev" də idi. Demək tək deyiləm "Yolkasız evlər" siyahısında. Nicatdan fərqli olaraq heç vaxt şaxta baba nağılına inanmamışdım. Ancaq Nicat üçün bir ümid var idi, çünki o inanırdı..
"Yolkasız evlər" siyahısında daha kimlər var çox maraqlıdır?
Bir az da fikirləşək.. Çox uzağa getmədim, parta yoldaşım və qonşumuz Lalə.. Onların da evi "Yolkasız Evlər" siyahısına düşmüşdü bu il. Bir fərq var. Onların evində yolka ola-ola qurmamışdı. Çünki iki ay əvvəl anası rəhmətə getmişdi. İlk "anasız" yeni ili.. İlk "yolkasız" yeni il.. Bacardığım qədər dəstək olmağa çalışırdım və çalışıram anasının ölümündən sonra. Ancaq, bəzən hər təsəllimlə onu bir az daha yaraladığımı düşünürəm.
❄⁂Yolkasız evlər ❄⁂[3]


Keçəcək deyə bilmirsən məsələn. Anan qayıdacaq deyə bilmirsən. Darıxma deyə bilmirsən? Deyərəm deməyinə.. Ancaq boş təsəllilər kimə gərəkdi? Gedənlər dönsə, deyərəm. Gedənlər dönmür ki.. Ona görə sadəcə susmağı seçirəm.
"Yolkasız Evlər" in sakinlərindən daha kimlər var? Leyla, Nigar, Əli, Vasif, Zəhra.. Adlarını bilmirəm ancaq əminəm ki, var da var..
Məsələn, bir Nigar var. Atasını "Günəşli" də itirdi.
Yeni illərini itirdi dənizdə, günəşini itirdi, dayağını itirdi, Novruz bayramında yandırılacaq "Tonqal"ı söndü dənizdə, Yeni ildə qurulacaq "Yolkası" batdı dənizdə. Bir soruşsan Nigara, yolkası, tonqalı, alınacaq hədiyyələri onu maraqlandırırmı? Bunlar onu maraqlandırmır!
O atasının sığalını itirdi dənizdə. Susmaq üçün yetməzmi bu cavab?
❄⁂Yolkasız evlər ❄⁂[3]


-Susdum mən..
❄⁂Yolkasız evlər ❄⁂[3]


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    heyatin gercekleri 16yawda bu qeder boyuk duwunceli olmaginin sebebi yawadiglari..cox uzucu yazilardir ama olanlari deyiwmek olmur kawki olsaydi...cox sag olun paylawim ucun ellerinize sagliq:(
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.