" Şizofren xəstə"

27 Ocak 2016
2 287
1
" Şizofren xəstə"
" Şizofren xəstə"


" Şizofren xəstə"
Mən uzağam, çox uzağam,
Bayramlardan.
Uzanmışam,


Bir kədərli otağda,
Qara libasda,
Sol tərəfi nəmli olan yatağda,
Uyuyuram.
Soyuyuram, insanlardan yavaş-yavaş.
Onlar qorxaq,



Mənsə çaş-baş.
Biraz gülünc gələ bilər,uzağdan,
Qoxusunu alıram mən, yatağdan,
Qan qoxusu, nəm qoxusu.
Bu kimdir ki, adı nədir, özü nə?
Gəlsin bura, söyləyərəm üzünə.
Nə istəyir axı məndən, bu qoxu?
Nə verib ki ala bilmir?


Niyə mənsiz qala bilmir, bu qoxu?
Bəlkədə əksinə, bəlkədə mən,
Qala bilməm, bu qoxusuz?
Nə qoxusu, qoxu gəlmir axı burdan?
Səslər gəlir o otağdan, o quxnadan.
Bu yuxudur yoxsa nə?
Bəlkədə bu yaşanılan həyatdır?
Bəlkə yuxu?



Bəlkə yuxu elə gəlib tərsinə?
Dəlirmişəm deyəsən, qan axır gözlərimdən.
Halbu ki, gözümdən düşən,
Yaşdan başqa bir şey deyil
Əyil, qulağına bir söz deyim.
Mən dəliyəm! İndi isə rahatla.
Gül, əsəbləşib, vurub-dağıt rahatla!
Bu nə yuxu, nədə olan həyatdır
Bu mənəm, dəlirmişəm!
Get! Qaç!


İnsanlara söylə bir-bir .
Məndən danış onlara,
De! Bele bir qız var,
Özü dəli, sözü dəli.
Danışır öz-özünə, axmaq tək.
Gülür öz sözünə, axmaq tək.
Dinləməyə dəyməz məni, ey axmaq!
Mənki dəli, sənə nolub?
Yox, yox dayan!



Mən xəstəyəm, bəs siz?
Siz doğurdan dəlisiz!
Axtarmağa dəyməz məndə həqiqət!
Amma, bir həqiqət var, deyim bil
Mən dəliyəm, indi isə inan, gül!
Mən bu dünyadan deyiləm,
Bax gör indi kimdi dəlidir?!
Bu dünyanın ağılsızı, nökərləri
Sizsiniz!


Mənsə ölüb gedəcəm,
Bu lənəti, bu ağrını,
Bu dünya bəxş edəcəm.
Amma ki, siz qalassız.
Çünki siz, çoxdan ölüsüz!
Yaşıyan ölülər, sağolun daha!
And ola,



Burda olan fəlakəti,
Danışacam o dünyada Allaha!
" Şizofren xəstə"

RƏYLƏR
allah bendesi
ferqli ama maraqli ve cekici...cox sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET