Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

01 Şubat 2016
2 649
3
Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR
Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR
Gözəllik gəncliyə xasdır, deyirlər. Ona görə də, bu iki söz çox vaxt sinonim kimi qəbul edilir. Bəlkə də elə bu səbəbdəndir ki, çoxları yaşlandıqca özünə baxmır, hətta bundan utanır. Yaşından, başından utanıb özünə fikir verməyənlərin əksinə olaraq, 80 yaşlı Coys Karpati öz qədrini yaxşı bilir. Ona görə də, nə ağ saçı, nə də üzündəki qırışlar onun gözəlliyinə kölgə salır. Opera müğənnisi olmaqla yanaşı, baxımlı qadın, həyat yoldaşı, ana və nənə olan ağbirçək qadın nəinki özünə qulluq eləməyə utanır, hətta hamını gözəl olmağa çağırır. Gənclik illərində üzləşdiyi çətinliklərdən danışan Coys Karpati ikinci dünya müharibəsinin getdiyi illərdə italyan xanımları nümunə göstərir:

“İnsanlar geyinməyə heç nə tapmırdılar. Lakin italiyalı qadınlar küçəyə çıxanda öz gözəlliyi və zərifliyi ilə baş döndürürdülər”.

Publika.az Coys Karpatinin gözəl olmaq üçün tövsiyələrini təqdim edir:

1. Özünü səliqəyə salmadan küçəyə çıxma. Geyindiyin paltarları sev, axı onlar sənin obrazının bir hissəsidir.

2. Qırışlar haqqında düşünmə. Yaşını qürurla qəbul et. Plastik əməliyyatlarda hər qadına şarm verən incə cizgilər məhv edilir.

3. Sənin özünə olan münasibətin xarici görünüşündə əks olunur. Özünü olduğun kimi qəbul elə. Çünki aradan illər ötsə də, sən elə həmin adamsan.

4. Öz gözəlliyini vurğula, axı hər insanda gözəl olan nəsə var.

5. Cavan görünməyə yox, heyranedici olmağa çalış!

6. Özünəqulluqda tənbəllik etmə. Bitki və meyvələrdən hazırladığın kremlə də dərinə qulluq edə bilərsən. Axı bu proses özü də qadını xoşbəxt edir.

7. Səhərlər üzünü kosmetik vasitələrin hücumuna məruz qoyma. Yüngülvari makiyaj özünə əminlik və xoş əhval-ruhiyyə bəxş edəcək. Amma ehtiyatlı ol. Ümumiyyətlə, makiyajda ağ eləmək olmaz.

Coys bütün xanımlara bir qayda olaraq, günəşdən qoruyucu və nəmləndirici krem çəkməyi məsləhət görür.

8. Evdən çıxmazdan əvvəl saçına sığal çək. Saç düzümü mükəmməl olmalıdır. Sənə ən çox yaraşan saç düzümünü seç. Axı saçlar qadının bəzəyidir. Məsələn, saçım ağarsa da, onu kəsməyə əlim gəlmir. Hörük çox rahat olduğu üçün, adətən, həmin saç düzümünə üstünlük verirəm.

Gördüyün kimi, hər qadın ürəkdən arzulasa, istənilən yaşda gözəl görünə bilər. Gözəl görünmək hər qadının borcudur. Kişilər qadınları bax, buna görə sevir və dəyər verirlər. Odur ki, elə indi bu müdrik qadının məsləhətlərindən istifadə etməyə başla.

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR
Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR

Bu qadın nə yaşından, nə də ağ birçəyindən utanır - FOTOLAR
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 1 Şubat 2016 20:42
    Hər bir qadın özünəbaxımlı olmalıdır. Xəbərdəki xanımı gördüm ürəyim açıldı. Bu cür xanımlar yaşlı olsalar da ruhən cavan olurlar. Burda utanılası heç bir iş yoxdur. Əksinə elə xanımlar var ki, özlərini qoca hesab edirlər.Çünki onlar yaşca cavan olsalar da ruhən qocadılar. Onunçün əsas insanın özündən asılıdı. Hər bir qadın özünə baxmalıdı. Yaşın bununla heç bir əlaqəsi yoxdu. Təşəkkürlər)
  2. SEHRI
    • SEHRI
    • 1 Şubat 2016 19:49
    Mence utanmali bir is tutbayib ki pozitiv bir xanimdi men sexsen beyendim.Halal olsun .
  3. allah bendesi
    maşALLAH Bu yaşda bucur duşunmek bu cur geyinmek ozune qulluq edib fikir vermek ozude bir bacariqdi mence..teşekkurler xeber ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.