Tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir - KAKTUSUN FAYDALARI

08 Şubat 2016
1 885
1
Tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir - KAKTUSUN FAYDALARI
Tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir - KAKTUSUN FAYDALARI

Kompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından tam super bir qidadır. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı?

Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir. Aile.lent.az kaktusun sağlamlığa faydalarını təqdim edir.


Xolesterolu aşağı salır

Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.


Şəkər xəstəliyinə faydalıdır

Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.


Kaktus yarpağı xərçənglə mübarizə aparır

Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.


Həzmi dəstəkləyir

Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.


Arıqladır

Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.


Beyin hüceyrələrini qoruyur

Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir.


İltihabı azaldır

Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. “Kuersetin” adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.


Kaktus necə yeyilir?


Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Bu haqqda melumatim yox idi Əvvel bizde de bonun 3 növu var idi sağ olun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.