"Bəlkədə"

23 Mart 2016
2 850
2
"Bəlkədə"
"Bəlkədə"


"Bəlkədə"

- Hər zaman yolun bir ucunda durub, digər tərəfə
keçmək üçün, bildiyimiz eyni rəngin işıqlanmasını
gözləyirik. O vaxt otuz saniyə edir. Hər kəs bir
vaxtda gözləsə əgər, aylar... Demək bir rəng bizi
aylarla gözlədə bilirmiş, xəbərimiz belə olmadan.
Öz qurduğumuz tələlər, ömrümüzdən ayları,
günləri alıdı gizli-gizli.
Həyat insanı öz qanun ilə
böyütmədiyini, böyüməmişdən əvvəl anlamışdım.
Biz buna böymək deyirik, bəlkədə bunun başqa
adı var, bəlkədə buna dönüş desəydik yenidən
əvvələ qayıdardıq. Bəlkədə....
- Hər kəs bir gün öləcəyini düşünür, amma hər
öldüyümüzdə, yuxudan oyandığımızın fərqinə
varmırıq. Tanrı bizim dili bilsəydi, əminəm çox
sözü lüğətdən kənarlaşdırardı. Dəqiq bilirəm ki,
Tanrı bizi, təkçə bu boş kürəni doldurmaq üçün
göndərmiyib bura...
Bəzən duyğular belə, özlərinin yarım qaldıığını
hiss edə bilir.
Ruhun içində bir boşluq varsa,
demli həyata, yalnız gəldiyini düşünürsən... O
yalnızlıq, bəlkələri və cəzaları davamlı olaraq
artırar. Nə xatirələrin olmaz, nədə o xatirələrdə
yaşayacaq biri.. Xatirə, düşündüyün ən gözəl
yerdir və bir zamanlar, içində böyütdüyün ən
böyük həqiqət. Xatirələrin yaşamadığı yer cənnət
ola bilməz...
- Qəribədir yaşanılanlar, suyun rəngi olmadığı

kimi, havanın dadı bilinmədiyi kimi qəribə.
Düşündükcə dərinliklərə doğru meyil edirəm
İlahi... Məni yaşadan iki əsas amilin, yoxdan
ibarət olduğunu düşünən zaman, özümü heç kim
görürəm bəzən...
Tanrım, bu neçənci gəzintidir, bu neçəni
yoxlanışdır bu dünyada ? Məni daha hansı
dünyalarda yaşatmısan, mənə hansı ölkələrdə
yazdırmısan bu yazıları?....
- Bağışla məni, yazlarda özümdən çıxıram bəzən.

Bilmirəm kim oluram, amma özüm olmağı
bacarmıram. Özüm kimdir axı, nə işlə məşğul
olur, necə adamdır və harda yaşayır??
- Bəs insanlardan nə istəyir özləri, özlərinə nə
veriblər ki, ala bilmirlər?
- Blmirlərmi bu hələ başlanğıcıdır?...
- Yaş artdıqca, suallarda dərinliklərə kök salır.
Mən hər zaman bu yaşda qalmaq istəmişəm,
cəmi on səkkiz yaş, çox yox on səkkiz. Təsir
altına salan şəkillər kimidir bu suallar, insanı
çaşdırar, amma düzünü söyləməz əsla.
Böyüdükcə bu mexanizimin işə düşdüyünü
anlayırsan, çirkinləşə-çirkinləşə.
Sonda isə, bu
yazı alındımı, görən bəyənərlərmi deyə sual
edirəm. Və sonradan mənə məlum olur ki,
insanlar nə vaxt həqiqəti sevdilər ki, indidə onu
bəyənsinlər?...
"Bəlkədə"
- Süleyman Əliyev
"Bəlkədə"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox beyendim Ellerinize sağliq
  2. allah bendesi
    Suleyman Eliyevin her paylashimi kimi bunu paylashiminda beyendim..cox teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.