Bir arzu tut: 3-ci hissə

24 Mart 2016
1 914
2
Bir arzu tut: 3-ci hissə
Bir arzu tut: 3-ci hissə

Yazar: Məsudə CabbarBir arzu tut: 3-ci hissə


Bir arzu tut: 3-ci hissə

..başına qoyduğu papağı, əyninə bol gələn şalvarı və gen köynəyi ilə Castin illərdir əzbər tanıdığı insanların baxışının bu gün necə fərqli olduğunu yavaş yavaş hiss edirdi. Eyni paltarları kişi halı ilə geyindiyi zaman insanların necə vecsiz halda yanından keçdiklərini xatırladıqca, indi həmin insanların, hətta ən vicdanlı, ailə başcısı zənn etdiyi kişilərin belə dodaqlarını yalayıb fit çaldıqlarını, söz atdıqlarını görəndə Castin, əvvəlki həyatında yanından keçərkən diqqətlə baxdığı, bəzən pıçıltılı sözləri ilə narahat etdiyi bütün qadınları xatırlayıb utandı. İlahi! Sahib olduğun bədənin digər insanların göz həbsxanasında olması, heç keçməyən qorxu və narahatlıq hissi, hər dəqiqə bir təhlükə gələcəkmiş kimi özünü qorumağa çalışmaq necə ağır və yorucu imiş! Üstəlik, hələ ,ən az cəlb edən bu üstdən tökülən paltarlar içində.. Castin hər zaman yumurta və şokolad aldığı 70 - 72 yaşlarındaki Mark dayının mağazasının önündən keçərkən hətta onun belə Castinin sahib olduğu vücudu necə başdan ayağa süzdüyünü görəndə heyrətini gizləyə bilmədi. Sonra addımını biraz yavaşladıb düşündü "niyə təəccüblənirsən ki, axmaq? Hətta atan belə..Zibil, zibil !!!!!!" Bu lənətdən necə qurtulacağam ilahi, nə vaxt bitəcək bu kabus! Saat 12: 58 i göstərərkən Castin nigahın qıyılacağı kilsənin uzun, dəmir qapıları önündə dayandı. Hələ heç kəs yox idi. Böyük ehtimalla onu bu haalda içəri ya buraxmayacaqdılar, ya da sözlərinə etimad etməyəcəkdilər. "Paltar..Paltar almaq lazımdır!"
"Şarm" mağazasından çıxarkən Castin yeni aldığı paltarına heç uymayan yastı daban ayaqqabılarında gəzərkən dostlarına nə deyəcəyini, özünü necə inandıracağını düşündü. Mağazanın bir az solunda qoyulmuş skamyada oturub fikirlərində var gəl edərkən avtomobilini yolun ortasında saxlayan sürücünün əslində onun havada uçuşan ətəyindən görünən qılçalarına baxdığının fərqinə vardı.
- Hah! Tanrım, niyə kişiləri bu qədər meymun iştahlı yaratmısan?!
- Hey, gözəllik, gedəcəyin yerə qədər aparım?
Castin gözləri fal daşı kimi açılan bu insanlıqdan kənar məxluqun sulanan ağzını gördükcə ağlında bu günə qədər öyrəndiyi hansı söyüşün tam olaraq vəziyyətə uyğun olacağını düşündü. Tam ağzını açıb ürəyini boşaltmaq istəyərkən kilsənin önündə dayanan üç dörd maşın diqqətini yayındırdı. Tez ayağa qalxıb yolu keçməyə hazırlaşarkən başını avtomobilin şüşəsindən çıxarıb Castinin arxasınca boylanan sürücüyə orta barmağı ilə əlvida deməyi unutmadı.

Bir arzu tut: 3-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Ay get gede daha da maraqli olur göresen dostlari onu taniyacaq sebirsizlikle ardini gözleyirem bu kişileri bele dide bir gözel gören kimi bele edirler de daha demirler ki bizim de anamiz bacimiz qizimiz var teşekurler
  2. allah bendesi
    castin evvelki veziyyetine donesi olsa baxsh acisindan deyishecek qadinlara qarshi..indi toyda neler olacaq goresen inshALLAH sabah aydin olacaq ama sebrsizem)))cox teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.