İnandığımız nağıllar 4-ci hissə

25 Mart 2016
1 830
1
İnandığımız nağıllar 4-ci hissə
İnandığımız nağıllar 4-ci hissə

Yazar: Məsudə Cabbar

İnandığımız nağıllar 4-ci hissə

Təxminən altı yaşımdan bəridir, axşam altıya qədər anamı evdə görmürdüm. Evimizin yaxınlığındaki xəstəxanada tibb bacısı olaraq işlədiyi üçün , evə çox zaman ayıra bilmirdi.
Mən balaca idim və məktəbə başlayacaqdım.
Atamın içki düşkünlüyü və evə qara qəpik də olsa gətirməməsi bütün məsuliyyəti onun çiyinlərinə yıxmışdı.O zamanlar təbii ki, bunları dərk edə bilmirdim . Amma böyüdükcə bütün etdiklərinin altında əzilirdim.
İndi , məktəbdə oxuyarkən ona nə qədər haqsızlıq etdiyimi düşünəndə çəkdiyim xəcalətdən yerin dibinə girirəm.
Yadımdadır, bir dəfə doqquzuncu sinifdə oxuyarkən , uşaqlar Qubaya getməyə qərar verdilər. Təbii ki, pul yığırdılar və adları siyahıya alınırdı. Məktəbdən evə qayıtdım və sözün əsl mənasında ayağımı dirədim ki, mən də gedəcəyəm.
Anam, əlbəttə, bunu qəsdən etmirdi, amma nə etmək olardı ki, əgər aldığın maaşla ayın sonunu güclə gətirirsənsə övladına əlavə 30-40 manat vermək mümkünsüzləşirdi. Ağladım, qışqırdım, yalvardım ki, mənə pul ver. Yoxsa hər kəs mənə lağ edəcək. Anam əvvəl danladı məni o gün, sonra başımı sığallayıb gözümün yaşını sildi. Sakitləşdirdi və bir şey fikirləşəcəyini dedi. İki gün sonra tezdən oyanıb dərsə gedəndə məni saxladı və ovucuma 35 manat tutuşdurub gülümsədi. İçimi çəkib onu elə həvəslə qucaqladım ki, pulu haradan və necə tapdığı ağlıma belə gəlmədi..
Qubaya getdik, yedik – içdkik, oynadıq,əyləndik və qayıtdıq..
Bir ay sonra təsadüfən, anamgil toya gedəndə , hara getsə taxdığı o çox nazik qızıl üzüyünün artıq barmağında olmadığının fərqinə vardım..

İnandığımız nağıllar 4-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    helede anasinin olumunu neden istediyini anlamadim.yeqqin 5 ci hisseden niye oldugunu anlayaram.bu hissede anasi oglu ucun uzuyunu satib onun konlunu xosh etmek ucun..yeqqin neyse var cox sag olun paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.