Köhnəlməyən talelər..

25 Mart 2016
2 060
1
Köhnəlməyən talelər..
Köhnəlməyən talelər..

Köhnəlməyən talelər..

..Soyuq müharibə onun cansız,arıq bədənini təmiz haldan salmışdı..iri mavi gözləri sanki bu faciədən qorxub kiçilmiş, rəngi solğunlaşıb yaşlı insanlara xas bir ifadə almışdı..günlərdir ac,susuz bu meşənin insan ayağı dəyməmiş dərinliyində gizlənərək yaşam mübarizəsi vermiş, gecənin ürküdücü səssizliyi qarşısında keçirtdiyi əndişə və qurxudan sanki saçları ağarmışdı..amma daha burada qalmaq olmazdı..nə isə etmək lazım idi..ya vurularaq öldürüləcəkdi ya da burda aclıq və susuzluqdan həyata gözlərini yumacaqdı..birtəhər gücünü toplayıp qidasız qalmaqdan az qala çöpə dönmüş qolunu yerə qoyaraq ayağa qalxmağa çalışdı..neçə gündür ağacların arasında özünə sığınacaq seçdiyi bu kiçik,dar yerdə o qədər hərəkətsiz şəkildə dayanmışdı ki, indi əzələləri onun sözünə baxmır,ayağa qalxmaqda, yeriməkdə çətinlik çəkirdi..bir neçə addım getdikdən sonra taqətdən düşür, olduğu yerdəcə diz çökürdü. Axşamçağı nəhayət ki, o,meşədən çıxıb yola düzələ bildi..uzaqdan,böyüdüyü kəndin damı uçmuş evlərini görə bilirdi..bir zamanlar ora bura qaçıb oyunlar oynayan, qəhqəhələri ilə kəndi rəngləyən uşaq səsləri indi soyuq payız küləyinin vıyıltısı ilə əvəz olunmuşdu..küçələr bomboz, ağaclar qupquru idi..sanki kimsə kəndin üstünə boz rəngli toz səpmiş, hərşey cansızlaşmışdı..yeridikcə Davudun ayağına dəyən palçıqlı yol üzərindəkidaki mərmilər minlərlə insanın cansız bədənləri qədər soyuq idi..kəndin içinə girərkən dəhşətə gəlməmək mümkünsüzləşirdi..meydanın hər tərəfində üst üstə yığılmış meyitlər, üst başı cırıq üz gözü qan içində olan körpələr görünürdü..gördüyü mənzərədən üzü ağappaq olan Davud evlərinə yaxınlaşdıqca ürəyinin döyüntüsünü eşidir, nəbzi yavaşlayır,sanki bədəninin qanı çəkilirdi..evin qapısından girdiyi anda üzləşəcəyi həqiqətə tap gətirə bilməyəcəyini elə oradaca yıxılıb öləcəyini Davud yaxşı bilirdi..yoldaki tikanlardan deşik deşik olub qana bulaşmış arıq ayağı ilə həyətin qapısından içəri bir addım atıb dayandı..bütün uşaqlığı üstündə keçən yelləncək qopardılıb atılmışdı..indi onun gözünün qabağında atasının bu yelləncəyi onun üçün düzəldərkən sevincdən ağladığı günlər canlanırdı..olduğu yerdə donub qalmış Davudu insan çığırtısını xatırladan küləyin vıyıltısı səksəndirdi..addımlamağa başladı..bir zamanlar anasının bişirdiyi yeməklərin qoxusunu duyub sevinərək içəri girdiyi bu qapıdan keçməyə indi heç cürə cəsarət edə bilmirdi..birtəhər gücünü toplayıb irəliləməyə başladı..evin onsuzda az miqdarda olan bir iki əşyası yanaraq kül olmuşdu..Davud birdən birə cəld hərəkətlərlə evin hər küncünü axtarmağa başladı..əslində o an nəyin axtarışında olduğunu heç özü də bilmirdi, amma indi tək ehtiyacı olan şey kiçik bir ümid zərrəciyi idi..bu an o, otağın tam ortasında dayanıb gözünü bir nöqtəyə zillədi..gözlərindən axan iki damla yaş köhnə və çirkli köynəyinin yaxasını islatdı..iki yaşlı bacısı Leylanın beşiyinin dağılmış taxtaları arasında, keçən qış anasının öz əlləri ilə toxuduğu corabının bir tayını gördü..ixtiyarsız şəkildə əyilib onu yerdən götürərək üzünə,gözlərinə sürtüb çarəsizcə hönkürməyə başladı..bu corab onun ailəsindən geriyə qalan yeganə əşya idi..qalan hər şey bir göz qırpımında yoxa çıxmışdı..indi Davuda elə gəlirdi ki ,dünyada sağ qalan yeganə insan odur..nə edəcəyini,hara gedəcəyini,necə yaşayacağını ağlına belə gətirə bilmirdi..indi onun öz kiçik qəlbində hiss etdiyi şey çarəsizliyin ən şəffaf halı idi..ağlamaqdan gözləri qan çanağına dönmüşdü.. pəncərədən üfürülən külək onun vaxtından tez qalınlaşmış dərisini ürpərtmiş, balaca bədənini üşütmüşdü..əlində tutub bərk bərk bağrına basdığı bu qırmızı rəngli yun corabla təskinlik tapıb olduğu yerə yıxıldı..başını yerə qoyub gözlərini yumdu..indi Davud düşünürdü ki,onun üçün ən güvənli yer məhz buradır..öz dağılmış,məhv olmuş,amma bir zamanlar çox xoşbəxt olduğu,öz doğmalığından heçnə itirməmiş evi..mübaribə,bombalar,mərmilər,qumbaralar hər yeri məhv edib dağıtsa da divarlarda həbs olunan xatirələri silə bilməmişdi..indi o tam da burada bir zamanlar valideynlərinin güvənli qolları arasında yuxuya getdiyi otaqda sakitcə öz ölümünü gözləyəcəkdi..elə bu an Davud ayaq səslərinin taqqıltısına gözlərini güclə açdı..əvvəlcə gözləri yaşla dolduğu üçün ətrafı görməkdə çətinlik çəkdi..üzünə doğru apardığı əlləri ilə göz yaşını sildi və ətraf aydınlandı..bu an ,
Davudun qısa ömründə gördüyü son epizod idi..qapıda dayanıb diqqətlə onun üzünə zilləyən hərbi formalı əsgər və ona tərəf doğrulmuş silah..
Köhnəlməyən talelər..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    oxuduqca bedenim urpendi cox pis oldum...inshALLAH Bu muharibeler son tapar korpeler oz heyatlarini yashayarlar sehidler olmaz dunyamiz sakitlik tapar ALLAHin izniyle.cox sag olun paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.