Rahat yuxu üçün bunları yeyin

30 Mart 2016
1 338
2
 Rahat yuxu üçün bunları yeyin
 Rahat yuxu üçün bunları yeyin

Araşdırmalar zamanı bəzi qidaların yuxudan əvvəl insanı rahatlatdığı ortaya çıxıb.


Yuxu probleminiz varsa, bu qidaları yemənizi məsləhət görürük. "EMTV.az" həmin qidaları təqdim edir.

Badam. Maqnezium baxımından zəngin bir qidadır. Maqnezium insanların yaxşı yuxu yatmasına kömək edir. Maqnezium əskikliyi olanlar yuxuya getməkdə çətinlik çəkirlər.

Bal. Balda olan təbii şəkər insulini yüksəldir və dərin yuxu üçün beyinə siqnal göndərir. Balı yatmadan əvvəl çobanyastığı çayına qarışdıraraq için.

Qoz. Triptofan baxımından zəngindir. Triptofan bədən saatını təyin edən seratonin və melatonin hormonlarını artırır. Hormonların düzgün çalışması da yuxusuzluq problemini aradan qaldırır.


Kahı. Kahının sakitləşdirici faydası var. Buna görə axşam yeməklərində kahı olan salat yemək rahat yatmanıza yardım edəcək.

Çobanyastığı çayı. Bitki çayları arasında yuxuya faydalı olan yeganə çaydır. Sinirləri və əzələləri rahatlatdığı üçün sakitləşdiricidir.

Pendir və süd. Kalsium yuxuya lazımlı olan melatonin hormonunun çalışmasına yardım edir. Buna görə yatmadan əvvəl kalsiumla zəngin yeməkləri yemək yuxusuzluq üçün yaxşı çarədir.


Ton balığı. B6 vitamini il zəngin qidalar sırasında yer alır. B6 vitamini bədənin seratonin və melatonin hormonlarının ifrazını artırır.

Çiy sarımsaq və fıstıq da B6 vitamini yüksək qidaların başında gəlir. Axşam yeməklərində bu qidaları yeməniz yuxunuza yardım edəcək.


Vişnə suyu. Araşdırmalara görə, yatmadan əvvəl bir stəkan vişnə suyu içmək yuxuya dalmağı sürətləndirir.

Gilas da təbii olaraq melatonin səviyyəsini yüksəldir.

Duzlu kraker. Axşamlar qlisemik indeksi yüksək olan yeməklər yesəniz, gecənin bir vaxtı yataqdan qalxa bilərsiniz. Bunun üçün insulin balansını normal səviyyədə saxlayan qidalar yeyin. Bunlardan biri də duzlu krakerdir. Səhərə qədər nə acacaqsınız, nə də yuxunuz yarım bölünəcək.
RƏYLƏR
allah bendesi
teshekkur paylashim ucun..indi shukur yuxu problemim yoxdur..ellerinize sagliq
LeykamiyA
Yuxu ilə bağlı hər hansı bir problemim yoxdu.Gec yatsam belə səhər tez oyanıram.Bəlkədə vərdişdən irəli gəlir.Sağolun xəbər üçün
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)
21:00
139

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)
21:00
328

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR
19:00
213

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)
18:00
378

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)
17:00
471

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
163

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?
15:00
68

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)
14:00
361

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto
13:00
360

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ