Bir gülüşün min faydası

31 Mart 2016
1 794
2
Bir gülüşün min faydası
Bir gülüşün min faydası

Ürəkdən gülməyin ağrıkəsici və antidepressant təsirləri olduğunu bilirdinizmi? Bəs sadəcə 1 dəqiqənin belə günü göy qurşağı kimi rəngarəng boyaya biləcəyini?


Səhər oyanan kimi hələ əl-üzünüzü yumazdan qabaq pəncərəni açın. 1 dəqiqə ərzində gülümsəyərək pəncərədən baxın. Yaratdığı təsiri görəcəksiniz.

İndi isə belə bir sual meydana çıxır. Əgər gülməyimiz gəlmirsə, zorlamı gülək? Bu nöqtədə elm adamları gülməyiniz gəlməsə də, gülməyi məsləhət görür. University College London professorlarından Prof. Robin Dunbar apardığı bir araşdırmada həm həqiqi, həm də saxta gülüşün beyində endorfin hormonunu ifraz etdirdiyini isbat edib. Deyilənə görə bunun gülməyin təsir etdiyi əzələ hərəkətləri ilə əlaqəsi var.


Gülüşün isbat olunmuş faydaları

Uşaqlar gündə 400, böyüklər isə 17 dəfə gülürmüş. Elmi şəkildə sübut olunmuş nəticələrə əsasən demək olar ki, gülüşümüzü geri qazanmaqda fayda var.

- Hormonları nizamlayır. Bu da ümumən daha güclü immun sistemi, daha az xəstəlik deməkdir.

- Endorfinin ifraz olunmasına səbəb olur. Bu hormon həm də idman edərkən ifraz olunan bir hormondur.


- Ağrıkəsici xüsusiyyəti var. Stress səviyyəsini aşağı salır.

- Diafraqma, üz və qarın əzələləri, çiyin və ürək üçün yaxşı idmandır. Gündə 100 dəfə gülmək 15 dəqiqə velosiped sürməklə eyni qədər kaloridən qurtulmağınıza səbəb olur.

- Ruhi rahatlıq gətirir. Bəzən özümüzü səbəbsiz yerə gülmək və ya ağlamaq istəyərkən görə bilirik. Bu zaman ürəkdən gülmək bu hissləri aradan qaldıran ruhi rahatlamağa səbəb olur.

- Sosiallaşmaq cəhətdən müsbət təsirləri var. Çünki gülümsəmək yoluxucudur. Həyatımıza daha çox gülüş qatdıqa daha sosial olacağımız, daha çox insanı özümüzə çəkəcəyimiz və ətrafımızdakıları da gülümsədəcəyimiz dəqiqdir. Həmçinin karyeranızda da müsbət təsirləri olacaq.

- Pozitiv edir. Pozitiv insanların neqativ insanlara nəzərən daha güclü immunitetə sahib olduğu elmi olaraq sübut olunmuş bir gerçəkdir.
Əvvəlki Xəbər
RƏYLƏR
  1. LeykamiyA
    Gülməyin bu dərəcədə faydalı təsirini bilmirdim.Bəzən gülmək anlayışını tamam ayrı cür qavrayırlar.Yerli- yersiz,şitcəsinə.Çox vaxt kənardan elədə xoş təəssürat yaratmır.
    Çox sağolun məlumat üçün
  2. allah bendesi
    gulushun omru uzatdigini faydalarini bilirdim bir daha bilmish oldum.teshekkur paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.