Şəhid Məzun Haqqında VİDEO
ATV telekanalının “Atv Səhər” proqramında cəbhədə düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan Müşfiq Arif oğlu Orucov haqqında portret süjet hazırlanıb.
Süjetin çəkilişləri əsasən qəhraman şəhidimizin Ali təhsil aldığı Azərbaycan Texniki Universitetində aparılıb.
Universitetin rektoru, professor Havar Məmmədov, Müşfiq Orucovun oxuduğu fakültənin müəllimi, eləcə də bir vaxtlar onun tələbə yoldaşı olan indi isə magistr təhsili alan tələbələr şəhidimiz haqqında xatirələrini bölüşüblər.
Daha ətraflı məlumatla video materialda tanış ola bilərsiniz.