Gecə işləmək xərçəng yaradır

23 Nisan 2016
1 502
1
Gecə işləmək xərçəng yaradır
Gecə işləmək xərçəng yaradır

İngiltərənin Surrey qraflığının mütəxəssisləri gecə işləməyin insan orqanizminə ciddi zərər vurduğunu müəyyən ediblər.

Mir.Az-ın məlumatına görə, araşdırmada məhz gecə işləyən insanlar iştirak edib. Həmin insanların orqanizmində 97 faiz DNT hüceyrələrində sinxronluğun pozulması müşahidə edilib. Bunun da nəticəsində insan bədəninin hormonal sistemində pozğunluq yaranır, bədən temperaturu dəyişir, beyin funksiyalarında dəyişikliklər yaranır.

Mütəxəssislər iddia edirlər ki, bütün bunlar orqanizmə molekul səviyyəsində ziyan vurur. Bu da zaman keçdikcə daha da dərinləşərək xərçəng, 2-ci növ diabet, ürək xəstəlikləri kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Daha əvvəllər aparılan təcrübələrdə isə müəyyən edilmişdi ki, gecə işləmək qadınlarda sonsuzluğa gətirib çıxarır.

Araşdırmaçılardan biri isə bildirib ki, sutka ərzində növbəli işləmək sanki bütün saatları müxtəlif vaxtları göstərən bir evdə yaşamaqdır. Sonda bu, xaosa səbəb olur. Onun sözlərinə görə, bioloji saatın pozulması nəticəsində yaranan mənfi təsir özünü iki ildən sonra göstərməyə başlayır.
Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    aa nelere getirib cixarirmish hec bilmirdim ...coxx sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.