Ev şəraitində sabun hazırlamaq

10 Mayıs 2016
2 529
0
Ev şəraitində sabun hazırlamaq
Ev şəraitində sabun hazırlamaq

Sabun seçərkən tərkibi, təbii olması və cildinizi qurutmaması diqqət etdiyiniz məqamlardandır. Satışda olduqca çox sabun əladə etmək mümkündür. Amma bu sabunların tərkibində kimyəvi maddələrin olması da danılmaz faktdır. Əgər siz təbiilik axtarırsınızsa, qadinklubu.com-un təqdim etdiyi reseptlə evdə özünüz təbii sabun hazırlaya bilərsiniz. Rəngini və tərkibini də zövqünüzə görə dəyişə biləcəyiniz sabunun hazırlaması qaydasını sizlərə təqdim edirik.

Tərkibi:


100 qr-uşaq sabunu
250 qr – dəmlənmiş bitki suyu (gicitkən, cökə, çobanyastığı və.s)
2 ç/qaşığı- gənəgərçək və ya zeytun yağı
1 ç/qaşığı – bal
½ çay qaşığı – E vitamini
½ ç/qaşığı – A vitamini
5 damcı- nanə yağı
Hazırlanması: Sabunu əzin. Üzərinə zeytun və ya gənəgərçək yağını, qaynadılmış bitki suyunu əlavə edərək, su hamamında qarışdırın. Üzərinə bal, vitaminləri və nanə yağını əlavə edin. Qarışdırın və ocaqı söndürün. Qarışımı qəlibə töküb soyumasını gözləyin
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.