"Google Chrome"dakı bu təhlükəyə diqqət edin

28 Ağustos 2014
1 233
0
"Google Chrome"dakı bu təhlükəyə diqqət edin
"Google Chrome"dakı bu təhlükəyə diqqət edin


Təhlükəsizlik araşdırmaçıları, yeni etdikləri bir analizdə Google Chrome üçün təqdim edilən əlavələr arasında məlumat oğurluğu və aldatmaq məqsədi daşıyan bir çox əlavə olduğunu, üstəlik əlavələrin bu qaranlıq cəhətlərini hiss etmədiklərini aşkar edib.

Nəticələri "San Diego Usenix Security Symposium"da göstəriləcək araşdırma, 48.000 əlavənin 130-un zərərli, 4.712-in şübhəli olduğunu göstərir. Tədqiqatçılardan Alexandros Kapravelos, əlavələrin ətrafda zərərli olduğunu müəyyən edəcək hər hansı bir fəaliiyət etmədiklərini, zərərli davranışı aktivləşirmək üçün müəyyən səhifələri ziyarət etməniz lazım olduğunu söyləyir.

Araşdırmaçılar, əlavələrin veb saytlarıyla necə əlaqəli olduğunu izləmək üçün Hulk adında bir sistem inkişaf etdirib. Bu sistem, pis davranışı aktivləşdirmək üçün "HoneyPage" adındakı səhifələri istifadə edir. Kapravelos, əlavələrin əlindəki gücün çox olduğunu, veb nəqliyyatını dəyişdirib, səhifələrə javascript əlavə edə biləcəyini söyləyir. Zərərli əlavələrin etdikləri arasında URL-in içərisindəki "affiliate" kodlarını dəyişdirib özlərinə gəlir təmin etmək, səhifədəki reklam öz reklamlarıyla dəyişdirmək, basdığınız düymələri bir serverə göndərmək, şifrəli olsa belə ziyarət etdiyiniz saytların siyahısını şifrəsiz olaraq bir serverə göndərmək var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.