Bakıda şadlıq evində partlayış: 2 yaralı - YENİLƏNİB

16 Ağustos 2014
2 296
0
Bakıda şadlıq evində partlayış: 2 yaralı - YENİLƏNİB
Bakıda şadlıq evində partlayış: 2 yaralı - YENİLƏNİB
23:40

Bakıda şadlıq evində baş vermiş partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Milli.Az xəbər verir ki, bu barədə məlumat APA-ya Əziz Əliyev adına Azərbaycvan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq bölməsindən verilib.

Hadisənin baş verdiyi “Sultan” restoranındə kababçı işləyən 1962-ci il təvəllüdlü Əhmədov Əlif Nuru oğluna bədəninin müxtəlif sahələrinin II-III dərəcəli termiki yanıqları diaqnozu qoyulub. Onun bədəninin təxminən 40 faizi yanıb. Digər yaralı 1993-cü il təvəllüdlü Comərdov Tural Telman oğlu isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib.

Şadlıq sarayından verilən məlumata görə, partlayış mətbəxdə baş verib. Məişət qaz balonunun partlaması nəticəsində iki nəfər xəsarət alıb, restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.

---------
18:25

Bakıda şadlıq evində partlayış olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.

Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.