Günah...

26 Ağustos 2014
1 418
0
Günah...
Günah...



Nə olsun bu yolu sənsiz getmişəm.
Yenədə könlümün dəvasısan sən.
Görəsən nə böyük günah etmişəm.?
Hansı günahımın cəzasısan sən...


Niyə inanırsan sevgiyə ürək.?
Günahkar deyirlər həmin varlığa...
Sevənlər günahkar olmasın gərək,
Bir sərhəd qoyulsun günahkarlığa...


Qədrimi bilmədi qədir bilməzim.
Bəlkə də nə qədər səhvi var,bilir...
Aldadıb gedəndə günah bilməyən,
Aldanıb özgəsin günahkar bilir...


Bitmiş məhəbbətdə qalsada gözün,
Bir daha geriyə dönə bilməzsən...
O elə təmizə çıxarar özün,
Danışa bilməzsəm, dinə bilməzsən...


Sən qırdın qəlbimi günahsız yerə.
Belə günahkaram yəni gözündə.?
Nə qədər günaha batırdın məni,
O qədər günaha batdın özündə...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.