Ana

27 Ağustos 2014
1 846
0
Ana
Ana




Məni bu dünyaya gətirən gündən,
Şirin xəyallara daldın, anacan.
Gözünün nurunu içirib mənə,
Gecələr yuxusuz qaldın, anacan.



Layla sədasıyla verib yuxuya,
Gözünün işığı bildin sən məni.
Sənə olan sevgi sözlə deyilməz,
Qələm acizdir ki vəsf edə səni.




İstərəm nə qədər ömrüm var mənim,
Həyata keçirim hər bir arzunu.
Nə qədər çalışıb vuruşsam yenə,
Qaytara bilmərəm sənin borcunu.



Anacan, fərəhlə bax gələcəy
Qoymaram qəm-kədər qəlbini oya.
Qarşında diz çöküm, sən icazə ver,
Öpüm əllərindən mən doya-doya
.






Redakte etdi:Miss_SkeleToN✌
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.