"Bəs eyləmərəm"

29 Ağustos 2014
1 381
0
 "Bəs eyləmərəm"
 "Bəs eyləmərəm"


"Bəs eyləmərəm"

Heç bir ilhamımı,heç bir sözümü,
Yeni sevgiliyə həsr eyləmərəm,
Sevgidən söz düşsə,dönüb üzümü,
İnan heç səndən də,bəhs eyləmərəm,


Susmuş xatirələr,coşub danışar,
Səndən bəhs etməyə,yaman çalışar,
Ürəyim hicranla yanıb alışar,
İçimdə ağlayıb,səs eyləmərəm..


Sevgidən danışan,şeir-səsimsə,
Bir daha yazmaram,bilməz heç kimsə,
Sevgimi tək sənə,şeir etdimsə,
Sənə nifrətimi,nəsr eyləmərəm..


Ey xəyal darğası,gerçəkdən qıraq,
Sənə gerçəyimdə,yox zərrə maraq,
İsmini hecayla sayığlayaraq,
Elimə çevirib,dərs eyləmərəm..!


Unutdum dedinsə,unutdum dedim,
Unuda bilmirəm,axı nə edim,
Bəlkə buralardan baş alıb gedim,
Bilirsən işimi,tərs eyləmərəm..


Sən indi məzlumsan,mən indi yaman,
Sən indi çiçəksən,mən taya-saman,
Bəlkə də,geriyə qayıdar zaman,
Yenə də,mən sənə,bəs eyləmərəm!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.