Görüş sevgilim mənimlə görüş...

01 Eylül 2014
1 700
0
Görüş sevgilim mənimlə görüş...
Görüş sevgilim mənimlə görüş...

Bir uca Arzu, bir qırıq qanad
Ürəyim zirvənə nə vaxt çatacaq?!
Bir kədərə inad bir bəxtə inad
Yol olub bəxtimin içindən ötüş
Görüş sevgilim mənimlə görüş...

Görüş sevgilim mənimlə görüş...
Baxışım yollardan yığılıb gəlsin
Sən mənim könlümü itirmədinki
İzn ver ruhuna sığınıb gəlsin
Gəl sevən ömrümü mənimlə bölüş
Görüş sevgilim mənimlə görüş...

Görüş sevgilim mənimlə görüş...
Eşqimdən üzülsün əli həsrətin
Uçur ocağını zalım qəflətin
Yetiş harayına sən məhəbbətin
Tükənsin içimdə bu qanlı döyüş
Görüş sevgilim mənimlə görüş...

Görüş sevgilim mənimlə görüş...
Divanə nəql eylər divanı kamdı
O yanan ürəkdi yaşayan candı
Ömrümə bir addım de hansı andı
Zəfərim zinətim olan bu dönüş
Görüş sevgilim mənimlə görüş...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.