Açıldıqca sənin sübhün, mənim də hörmətim artır

06 Nisan 2015
1 182
0
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır


Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,
Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.

Yığılmazkən qapılardan gözüm bir hərzə sailtək,
O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.

Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim,
Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.

Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis,
Çəkib gərdən dayandıqca o qədri qiymətim artır.

Libasi-alimi olmuş mənimçin aləti-çərçi,
Odur məğrur olub yövmən fəyövmən izzətim artır.

Hikayət rəzalətbəxş tətbiqi-lüğat etsəm,
Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.

Buxarəndaz olduqca plov ol məclisi-amə
Sürurabad olur, didəmdə surü behcətim artır.

Badımcan dolması, ballı tərək, yağlı qovurmanı
Görən tək üç gözüm, bəlinə zövqüm, sürətim artır.

Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!
Ayılsın, ah, vaveyla!.. Məlalü möhnətim artır!..
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.