Zəmanə çox çirkin olubdu indi..

05 Eylül 2014
1 932
0
Zəmanə çox çirkin olubdu indi..
Zəmanə çox çirkin olubdu indi..

Arxamızdan qurulan oyunlar
Bir bir qazılan quyular
Edilən qarğışlar atılan iftiralar
Zəmanə çox çirkin olubdu indi

Seçmək olmayır dostu düşməni
Dəyər verdikcə dəyişir hamı
Biz niyə sevər olduq qəmi-kədəri
Zəmanə çox çirkin olubdu indi

1 manat üstündə adam soyulur
Qoyulmur hörmət qoca cavana
Heyvanlar adamdan sadiq çıxırlar
Zəmanə çox çirkin olubdu indi

Kürəkdən vurur yaxınlarımız
Vəfasız çıxır sevənlərimiz
Yoxdur kimsəyə inamda artıq
Zəmanə çox çirkin olubdu indi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.