Mənsiz yaşa, xəyallara dal indi!

05 Eylül 2014
1 815
0
Mənsiz yaşa, xəyallara dal indi!
Mənsiz yaşa, xəyallara dal indi!


İndi

Ey bivəfa, xəbərsizsən halımdan,
Ürəyimə düşüb neçə xal indi.
Mən əl çəkdim dövlətimdən- malımdan,
Sən dünyanın zövq-səfasın al indi,
Mənsiz yaşa, xəyallara dal indi!

Leyli kimi sən gələrdin xoşuma,
Məcnun oldum, baxmadın göz yaşıma.
Fərhad kimi külüng vurdum başıma,
Həsrətimdən yana-yana qal indi,
Mənsiz yaşa, xəyallara dal indi!

Kirpiyimlə gözlərindən od aldım,
Baxışından külə döndüm, qaraldım.
Gəlişini gözləməkdən saraldım,
Qoymamısan məndə taqət, hal indi,
Mənsiz yaşa, xəyallara dal indi!

Sən olmuşdun arzum, kamım, muradım,
Özüm yerdə, göylərdəydi qanadım.
Daha sənin yaddaşında yox adım,
Başqa nəğmə oxu indi, çal indi,
Mənsiz yaşa, xəyallara dal indi!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.