Gizli Sevgi

09 Eylül 2014
7 202
0
Gizli Sevgi
Gizli Sevgi



Qəribə bir həyat yaşamışıq biz.
Sevinci müəmma,qəmi müəmma.
Mən səni,sən məni dost bilsək belə,
Ürəkdə həqiqət gizlənib amma.

Gizli Sevgi

Axı nə faydası,nə xeyri varki?
Mən səni,sən məni danlasaq belə,
Həqiqət budur ki çox gecdir daha,
Gizli bir sevgini anlasaq belə.

Gizli Sevgi

Səbəbsiz deyilmiş sənin o vaxtlar,
Yanıma o gəlib,o getməyin də,
Hər gecə zəng edib,necəsən deyib,
Sadəcə səsimi eşitməyin də.

Gizli Sevgi

Səbəbsiz deyilmiş hər görüşəndə,
Məni həsrət dolu izləməyin də,
Hər doğum günündə birinci məndən,
Birinci təbriki gözləməyin də.

Gizli Sevgi

Səbəbsiz deyilmiş üzündəki qəm,
Bir həzin musiqi oxunan kimi,
Utanəb özünü tez itirməyin,
Əllərin əlimə toxunan kimi.

Gizli Sevgi

Deyərdin nə olar,heç nə soruşma!
Dərdini bölüşmək isəyəndə mən,
Dostlar arasında gizli sirr olmaz,
Nə üçün sevgini sirr saxladın sən?

Gizli Sevgi

Bu həyat qatarı yola düşərkən,
Dedim yer saxlayın bircə nəfərə,
Gözlədik,gəlmədin!gecikdin gülüm.
Ayrılıq əyləşdi həmən boş yerə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.