Nə istəyirsən?!

10 Eylül 2014
1 735
0
Nə istəyirsən?!
Nə istəyirsən?!


Nə istəyirsən?!İntizar ayrılıq həsrət qəmiyəm
Ömürlük talanam nə istəyirsən
Dəryalar icində batan gəmiyəm
Cismimdə yalanam nə istəyirsən?!

Nə istəyirsən?!Məhv olmuş arzular intiqam aldı
Həvəsin istəyin ayrılıq saldı
Bu könül sarayım virana qaldı
Bir itgin zamanam nə istəyirsən?!


Nə istəyirsən?!Qələmdən qəm alan kağızlar ağlar
Fəryadı ucalar fəryadı çağlar
Sağalmaz köksümdə sən çəkən dağlar
Dünəndə qalanam nə isteyirsen?!

Nə istəyirsən?!Tükənməz qüssəli kədərli sözüm
Təməlli həsrətdi bitməz bu dözüm
Lal oldu kədərim lal oldum özüm
İçimdə yananam nə istəyirsən?!


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.