Ağlamaqmı?

19 Temmuz 2015
1 048
0
Ağlamaqmı?
Ağlamaqmı?
Ağlamaqmı?
Ağlamaqmı? Ayıb olar yalan desəm ağlamıram
Göz yaşım tək düşənlər var kipriklərdən düz aşağı
Aldatmaqmı? Desəm ki yox,inan yenə aldadıram
Yalanın rəngi yox qardaş, seçmir nə qaranı,ağı
Unutmaqmı?Unutmuşam lazımsız yaşanmışları
Xətt çəkmişəm birdəfəlik çoxlarının üzərindən
Ağrıtmaqmı? Çox sancmışam ağrı sancan arıları
Söz quyumda sözlərim var,kəndir at çıxart dərindən
Sevilməkmi? Sevməkdənsə qat-qat daha ali olan
Özlüyünə inanın ki əminlikdi,sadiqlikdi
Sevinməkmi? Körpəlikdən qocalardan qayğı uman
Mərhəmətin özüymüş dost,dünyada yox ondan təki
Bağırmaqmı? Bağırmışam daxilimdə pıçıltıyla
İçdən-içdən aglamışam dərdimin dərdli halına
Yalvarmaqmı?Yalvarmışam Tanrımıza hey duayla
Amma günah hey yazılır savabların ünvanına
Ağlamaqmı?müəllif : Emil Mehdi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.