"Peşmanlıq"

03 Kasım 2015
2 292
1
"Peşmanlıq"
"Peşmanlıq"



"Peşmanlıq"Yolun açıq olsun mənim əzizim,
Sənin varlığından təngə gəlmişəm.
Yoxluğun ağrılar gətirə bilər,
İnan ki, bu haqqda düşünməmişəm.


"Peşmanlıq"Sən gedə bilərsən fikrimcə daha,
Qalmağı ağlından belə keçirmə.
Mənim də gərəyim deyilsən, deyim,
Özünü alçaldıb ayağa düşmə.

"Peşmanlıq"Ey özü-özünə lazımsız insan,
Deyirsən qayğına qalacağam mən.
Bəs sənin qayğına kim qalacaqdır,
Qədrini bilirsən, qədir biləsən.


"Peşmanlıq"Məni də boğaza yığmısan artıq,
Az qalıb gizlənim, qısılım küncdə.
İştahın güclüdür deyəsən sənin,
Ömrümü yeyirsən hər saniyədə.



"Peşmanlıq"Yenə də həddindən artıq danışdım,
Kiçik mübahisəni çox böyüdürük.
Biz başa düşərik bir-birimizi,
Necə ki, ilk gündə başa düşmüşdük.


"Peşmanlıq"Tez peşman oluram etiraf edim,
Xətrinə dəyəndə, düz desəm belə.
Neynim ki, azacıq kobud olmuşam,
Yəqin gətməmisən, burdasan hələ.



"Peşmanlıq"Yox burda deyilsən, çoxdan getmisən,
Ətrinin qoxusu burnuma gəlmir.
Bir məktub yazmısan bəyaz kağıza,
"Yolçular boş yerə yola düzəlmir".


"Peşmanlıq"Görürəm sözlərim çox acı olub,
Heç sağ ol deməmiş çıxıb getmisən.
Adam bir görüşər yola düşəndə,
Sən məgər günaha az xətt çəkmisən.


"Peşmanlıq"Bir səhvdir elədim, məni bağışla,
Geri dön, yenidən sarıl boynuma.
Sən qəddar deyilsən, cəllad deyilsən,
Yaraşmaz duyğusal, böyük adama.


"Peşmanlıq"Gör nə qəribədir dünyanın işi,
Yasaq bildiyimi özüm edirəm.
Düşmə ayağıma deyirdim sənə,
İndi gəl, bu dəfə mən düşəcəyəm.


"Peşmanlıq"Belə davranışa kim dayanar ki,
Deyəsən çoxları üz çevirəcək.
Qışqırsam, bağırsam, çarəsiz qalsam,
Görənlər eləcə keçib gedəcək.


"Peşmanlıq"Bir göz qırpımında elə itdin ki,
Atdığın addımlar iz də salmadı.
Hey qaçdım arxanca, çataram bəlkə,
Nə çatdım, nə də ki sorağın çatdı.


"Peşmanlıq"Gedən də, ölən tək geri qayıtmır,
Gedəni gözləyən həsrətdən ölər.
Səndən sonrakılar gözləsə belə,
Qayıtmaz yenə də, yüzləri köçər..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ...----Buyurun___....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.