Səndə getdin

03 Kasım 2015
1 662
1
Səndə getdin
Səndə getdin




Səndə gettin.Səndən mənə tək xatirə bircə rəsm.
Əllərinə çatmaz əlim, qulağına gəlməz səsim.
Sen gedəndən elə bilki qanadları sınmış quşam,
Bu həyatdan,sənsizlikdən, yaşamaqdan soyumuşam...


Səndə getdin

Qəlbim hələ səninlədir,sənsə məndən çox uzaqda,
İndən bele lüzumsuzdur,yaşamaq da, yaratmaq da...
İstəmirəm qanad açsin, havalansın qəlbim yenə,
Əlvan olan baxışlarım, bozarıbdır gündən-günə....


Səndə getdin

Saxlayacaq uzun illər, dodaqlarim qəlbimə kin.
Dolaylanir fikirlərim, deyə bilmir qəlbimdəkin...
Deyə bilmir unutmadim,deyə bilmir ağrıyıram,
Deyə bilmir əriyirəm, məhv oluram qram qram...


Səndə getdin

Gözlərim nəm,yatağım buz, qelbim isə soyuq qışam,
Mən əslində yarım qalan sevgilərçün yaranmışam...
Həyat daha acılanıb, duyammıram dadını da,
Dodaglarım sayıqlamır,neçə vaxtdır adını da...


Səndə getdin

Amma yenə göz yaşlarım yanağımı hərgün yuyur,
Barmaqlarım tellərinin istisini hele duyur...
Fikirlərim,duygularım hər gün yenə səni anır,
Ürək başqa,dilim başqa, fikirlərim haçalanır...


Səndə getdin

Tənha gecə,bu hayqiriş ayrılığın nəgməsidir,
Göz yaşlarim bu sevginin mənə qalan töhfesidir...
Ürək yenə o əvvəlki həvəslərə qapılarmı,
İtirilmiş səadətlər yenə bir gün tapılarmı.


Səndə getdin

İnanmıram gedib qatar, sönüb ümid,sönüb işiq,
Biz də acı tale ile,yamanca tez barışmışıq...
Bir siqaret yandırıram, pöhrələnir ötən günlər,
Vahiməli bu gecə də həzin- həzin məni dinlər..
Gözlərimə möhürlənmiş xəyalını uçururam,
Bu sükunət qaranlığın yuxusunu qaçırıram ..


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ...----Buyurun----...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.