Şahin İlqar Limana Döndü

27 Kasım 2015
2 130
3
  Şahin İlqar Limana Döndü
  Şahin İlqar Limana Döndü



Bir ümid istədim göz yaşı verdin,
Axdı gözlərimdən ümmana döndü.
Düşdüm izlərinə yollar boyunca,
Hər arzu, hər ümid gümana döndü!

Qovuşa bilmədim ilk baharıma,
Daha xatirən də gəlməz karıma,
Günəş doğmadı ki, sabahlarıma,
Sənsiz küsdü məndən, yamana döndü!

Bizsiz də yanacaq ürəklərimiz,
Çoxalar dərdimiz, artar sərimiz,
Bir zaman bizim düz bildiklərimiz,
Səndən sonra niyə yalana döndü?!

Əllərim çatmadı səadətimə,
Tuta bilmədim ki, dumana döndü.
Dalğalar güc gəldi məhəbbətimə,
Sevgim yarıyoldan limana döndü!



  Şahin İlqar Limana Döndü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. royus
    • royus
    • 28 Kasım 2015 10:32
    gozel seir idi tesekkurler
  2. -Aydan-
    Qovuşa bilmədim ilk baharıma,
    Daha xatirən də gəlməz karıma,
    Günəş doğmadı ki, sabahlarıma,
    Sənsiz küsdü məndən, yamana döndü!
  3. AleDa
    • AleDa
    • 27 Kasım 2015 19:43
    Gesey sozlerı var.. Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.