Yenə yağmur yağır

26 Eylül 2014
1 667
0
Yenə yağmur yağır
Yenə yağmur yağır


Yenə yağmur yağır sənsiz bu gecə
Damcılar qəlbini döyür,açan yox
'Qəlbimdən yox olub getmisən'-demə
Mənimle ayrılıb,vidalaşan yox


Yenə yağmur yağır misralarıma
Yəqin mələklərin göz yaşıdır bu
Bəlkə ötüb,keçən tozlu illərin
Bir ömür silinməz yaddaşıdır bu



Yenə yağmur yağır səssiz-səmirsiz
Pıçıldar adını sakitcə qəlbim
Ruhum da islanır beləcə sənsiz
Daha sevgimizdən üzülür əlim


Kaş yenə qəfildən qapım açıla
Yenidən qonağım olasan mənim
Çarəsiz gözümü dikmişəm yola
Bir qələm,bir vərəq olub həmdəmim
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.