Hayıf ki, yoxdur.

04 Şubat 2016
4 356
2
Hayıf ki, yoxdur.
Hayıf ki, yoxdur.

Hayıf ki, yoxdur.Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Uca tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Qış günü qışlağı Qıraqbasarın,
Gözüdür Aranın cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası, hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı
Könül aşinası hayıf ki, yoxdur!

Hayıf ki, yoxdur.
Havasından torpağının, yeninin,
Dadıdmaz dəhanın ləbi şirinin,

Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Uca əşrəfili, bulut kimi saç,
Dal gərdənda hər hörüyü bir qulac,
Kəlağayi əlvan, qəsabə qıyğac,

Altından cunası hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Hayıf ki, yoxdur.
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,

Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağa, hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin bəyaz qolların,

Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Hayıf ki, yoxdur.
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Hayıf ki, yoxdur.
Vaqif haqdan dilər lütfü kərəmər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.

Getməyin binası, hayıf ki, yoxdur!Hayıf ki, yoxdur.
Hayıf ki, yoxdur.
Müəllif: Molla Pənah Vaqif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize sAgliq..paylaşim ucun cox sag olun
  2. alara
    • alara
    • 4 Şubat 2016 15:22
    kecen ilerde edebiyatdan kecmisik bu siri ordan yadimda qalib
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.