İnanma

10 Şubat 2016
2 248
2
İnanma
İnanma

İnanma

Əcəl yetib ömür başa çatanda,
Günün keçib boş-boşuna,inanma.
Saçın yolub ah,fəğan edən kim,
Bivəfanın göz yaşına inanma.

***

Həyat səni bir sınağa çəkəndə,
Ruhdan düşmə ümidlərin itəndə.
İstədiyin arzulara yetəndə
Çatmısanmı özbaşına,inanma.

***

Qəza-qədər,alın yazı qismətin,
Təmiz saxla abır,həya,ismətin.
Qədrini bil,ver özünün qiymətin
Bir kimsənin şabaşına inanma.

***

Bilmirəm ki,bu dünyanın sirri nə,
Bilsəm,özüm şərik ollam dərdinə.
Eşqin odu düşməyibsə qəlbinə
Çalış,onun göz-qaşına inanma.

***

Mövlud,sənin məhəbbətin ümmandır,
Həyat yolu çən,çiskindir,dumandır.
Nadanları ha başa sal,ha qandır,
Davasına,savaşına inanma.

İnanma


25.02.2014.Zərdabi.Mövlud Ağamməd.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Mövlud Ağamməd
    Sitat: Bella
    İnsanı düşüncələrə qərq edən bir şeirdir. Xoşuma gəldi.. Təşəkkürlər

    Minnətdaram ,çox sağ olun.
  2. Bella
    • Bella
    • 10 Şubat 2016 15:32
    İnsanı düşüncələrə qərq edən bir şeirdir. Xoşuma gəldi.. Təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.