Çalış...

04 Ekim 2014
1 412
0
Çalış...
Çalış...



Çalış...Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bəlkə bu dünyaya gəlmişik, gülüm,
Artıraq dünyaya həsrətini biz.

Çalış...Tənə də, giley də daha əbəsdir,
Bu sirli royadan ayılaq gərək.
Ya sən gecikmisən, ya mən tələsdim,
İndi sevə-sevə ayrılaq gərək.

Çalış...Könül gizli-gizli yanacaq indi,
Bir damla göz yaşın dənizdi mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə…

Çalış...Bilirəm, bu həsrət üzəcək səni,
Çalış, kölgə kimi sürünməyəsən.
Gözlərim hər zaman gəzəcək səni, Çalış,
Gözlərimə görünməyəsən!…

Müəllif-Nüsrət Kəsəmənli
Çalış...

Çalış...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.