Kimdi ölən?!

04 Ekim 2014
1 437
0
Kimdi ölən?!
Kimdi ölən?!

Əlimdən qopan əllər
Bir də gəlməz əlimə.

Haçan keçdi bu ömür?
Nə qaldı ki, ölümə?!


Mən bu dünya üzündə. Bir vaxtsız qonağıydım.
İlahi, ölürəmsə, Deməli, mən sağıydım.

Bu sifət – mən deyildim,
Bu bədən – mən deyildim.
Kimiydi, Allah bilir, Bu adam mən deyildim.
Bu güzgüdən üzümə Neçə cür üzlər baxıb.


İlahi, o üzlərin Hansı mənimdi axı?
Min adam var canımda,
Hansıdı indi ölən? Barı bu son anımda Xəbər ver: Kimdi ölən?!..


Redaktə etdi: Кавказский Парень
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.