Mən gedirəm, gözləyən var

07 Ekim 2014
1 865
0
Mən gedirəm, gözləyən var
Mən gedirəm, gözləyən var

Mən gedirəm, gözləyən varQəribədir...
Nə sızıltı, nə bir ağrı...
Niyə məni yandırmadı itirdiyim?
Bəlkə elə zaman -zaman çəkdirdiyin
ağrılardır buna səbəb?
Bəlkə bunu deməmişəm,
Dinlə deyim:
Bilirsənmi,
taleyimdə olduğun hər saniyənin,
Yarası var ürəyimdə.
Bir saxtakar təbəssümdə gizlədiyin simasızın,
Xəncərinin tiyəsi var kürəyimdə.
Hər ağrına sığal çəkən
əllərimə heyfim gəlir.
Qucaq qucaq daş bağrına sərdiyim tər
güllərimə heyfim gəlir.
Illərimə heyfim gəlir,
Hər günündə mürəkkəbin ləkəsi var.
Gecəsində ömrə lənət,
Sabahında bəlkəsi var.
Yox, qəribə gəlmir daha,
Axı belə olmalıydı.
Qapı açdım,
Yaşamadın ürəyimdə.
Gözlərimə dolub qaldın.
Göz yaşıma dönüb qaldın.
Axı sənə demişdim ki,
Kipriklərim nə yelləncək,
nə əyləncə yeri deyil.
Mən söylədim, sənsə güldün.
Qadın,
sənin qatilin də mən deyiləm.
Bu sənin öz əməlindi,
gözlərimdən düşüb öldün.
Bu gün gördüm,
Başım üstə çən imişsən.
Gecələrin bitməyən o zülmətinə,
Doğulmayan günəşlərə
Səbəb elə sən imişsən.
Daha bəsdir,
Açılıbdır mənə yollar.
Başım sağ olsun,
Nə deyim?
Mən gedirəm, gözləyən varMən gedirəm, gözləyən var
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.