Sevgi - şeir olsaydı

07 Ekim 2014
1 620
0
Sevgi - şeir olsaydı
Sevgi - şeir olsaydı

Sevgi nəğmə olsaydı
Hər sətir “sən” olardın.
Qopub dodaqlarımdan
Ürəyimə dolardın..

Sevgi külək olsaydı
Mən də qanad taxardım...
Uçaraq xəyallara
Gözlərinə baxardım.

Sevgi həyat olsaydı
Yaşayardım ürəkdən.
Qovuşardıq ömürlük
Torpaq, Günəş, sən və mən!

Sevgi dəniz olsaydı
Sahilində azardım...
Sevgi şeir olsaydı
Onu sənə yazardım!..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.