Şeir Kimi Sevdiyim - Şeir

01 Aralık 2016
4 326
0
Şeir Kimi Sevdiyim - Şeir
Şeirim, ən gözəl sətirlərimsən.
Yaşama səbəbim, göz bəbəyimsən.
Sevgilim sən mənim səadətimsən.
Yaxşı gün yoldaşı, darda ərimsən.

Xoş idi o anlar, o günlər nə xoş.
Sənsiz vaxt ötməzdi,Yanında sərxoş.
Bir az həsrət düşəndə olardıq meyxoş.
Sən mənim şərbətim, şirin üzlümsən

Bu hissi ifadə edə bilmirəm,
Bir gün çox keyfliyəm, bir gün üzgünəm.
Bilmirəm mən niyə sənə düşgünəm.
Sən mənim günəşim, istiliyimsən.

Bu hisslər lap məni dəli edəcək.
Sənə uzaq kimi, yaxın öləcəm.
Mən bir gün hərkəs tək ölüb gedəcəm.
Sənsiz ölmək məni üzür sevgilim.

Sevdadır, həvəsdir keçər deyirlər.
O indi gedibdir, gələr deyirlər.
Vaxt olar bu hüsran bitər deyirlər.
Məndə taqət bitti, gəlmədin yenə.

Yekundur, bitir bu şeir sevdiyim.
Sənə hisslər bitmir, bu da bir şeir.
Unutma sevdiyim bu dəli aşiq.
Sənli də, sənsiz də, tək səni sevir.


Rep.House99
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.