Nəyim Varsa Mənimlədir - ŞEİR

10 Kasım 2016
2 735
0
Nəyim Varsa Mənimlədir - ŞEİR
Hicran məndə, görüş məndə,
Kədər dolu gülüş məndə.
Tanrı sərvət bölüşəndə,
Mənə düşən dərdim-qəmim,
  mənimlədir!

Dünya uca, dərdi dərin,
Qardaşıyam dərdlilərin.
Övladıyam göyün-yerin.
Nisgili sonsuz aləmim,
  mənimlədir!

Yelkən açdım ümmanlarda,
Üzdüm coşan tufanlarda.
Lövbər atdım limanlarda,
Sınıb gələn arzu gəmim,
  mənimlədir!

Mən qatdıqca ili-ilə,
Nəyim vardı, getdi yelə.
Şükürlər ki, mənim hələ,
Bir ürəyim, bir qələmim,
  mənimlədir!


NƏBİ XƏZRİ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.