Yadda saxlamaq: Ölüm-itim dünyasıdır bu dünya..

10 Mart 2017
4 465
0
Yadda saxlamaq: Ölüm-itim dünyasıdır bu dünya..
Ölüm-itim dünyasıdır bu dünya....

Ölüm-itim dünyasıdır bu dünya,
Bərkə düşsən,bir özünü itirmə.
Qazandığın bu dünyada qalsa yey,
O dünyaya özün ilə gətirmə.
***
İstəmirəm,ölüm belə tez gələ,
Necə yaxa verim zalım əcələ?
Yorulubdu ruhum,bir az dincələ,
Nəfəs dərim,ömrü yarı bitirmə.
***
Dərd üstünə qalanıbdı dərdlərim,
Bir-birinə calanıbdı dərdlərim.
Məndən neçə can alıbdı dərdlərim,
Dərdsiz,Mövlud,məni yara yetirmə.

25.02.2017.Zərdabi.Mövlud Ağamməd.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.