Bir dünya istəyirəm

18 Ağustos 2014
2 127
0
Bir dünya istəyirəm
Bir dünya istəyirəm

Bir dünya istəyirəm
Yalnız səninlə olan.
Bir dünya istəyirəm
Sənin sevginlə dolan.

Sənin qoxun duyulan,
Sənin ətrin saçılan,
Sənin sevgin yayılan,
Bir dünya istəyirəm.

Yalnız ikimiz olan,
Eşqin nəfəsi vuran,
Qəmi-kədəri donan,
Bir dünya istəyirəm.

Hicranından çox uzaq
Vüsallı dünya quraq.
Təkcə ikimiz olaq
Bax! Dünya istəyirəm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.