Şahin İlqar - "Mənə Nə Oldu?"

25 Ocak 2018
5 095
0
Şahin İlqar - "Mənə Nə Oldu?"

Bir insan bu qədər dəyişə bilər?
Fikirlər başqadır, sözlər də başqa.
Ayaqlar başqacür yeriyir indi,
Yollar da başqadır, izlər də başqa.

Səhər açılmadı, Günəş doğmadı,
Dünya başqalaşdı, zaman dəyişdi.
Cismim də başqadır, ruhum da başqa,
Dəyişdi bu adam, yaman dəyişdi.

Saçlar da ağardı, üz də qırışdı,
Ömür də yolunun yarısındadır.
Yox, onun bunlardan xəbəri yoxdur,
Gör, ürək nələrin arzusundadır.

Bu həsrət, yalqızlıq nədəndir görən,
Bu qədər dəyişmək nəyə lazımdır?
Bəlkə bu yuxudur, oyanacağam,
Bəlkə də bu mənim alın yazımdır.

Nədir məni məndən alıb aparan,
Məni kim dəyişdi, mənə nə oldu?
O qız sən deyilsən, sən o deyilsən,
Sən niyə dəyişdin, sənə nə oldu?

Nə bilim dünənim sabahım olar,
Yaşayan illər də durar qəsdimə.
Niyə bu dənizin sahili yoxdur,
Niyə bu dalğalar gəlir üstümə?


Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.