Şahin İlqar - "Sən Anlarsan"

26 Ocak 2018
5 945
0
Şahin İlqar - "Sən Anlarsan"

Sözün şirin, özün gözəl,
Sevdim səni, sevdim əzəl.
Səndən sonra yenə sənsən;
Aylar ötsə, keçsə zaman,
Dönüş yoxdur bu sevdadan!

Hər aldığım nəfəsimsən,
Son anadək sən bəsimsən.
Bir yox desən, mən ölərəm;
Yaşamaqçün gərəyimsən,
Mənim həyat mələyimsən!

Bircə baxsan gözlərimə,
Gərək yoxdur sözlərimə.
Sən anlarsan içimdəki;
Vurğunluğu, məhəbbəti,
Səndə gördüm səadəti!

Ey gül, sənə ölüm yoxdur,
Səndən başqa gülüm yoxdur.
Mənim qədər kimsə sevməz;
İstəyirsən dünyanı gəz,
Mən ölərəm, sevgim ölməz!

İstər inan, ya inanma,
Sevirsənsə, heç utanma!
Məhəbbətdə qürur olmaz;
İnsaf eylə, gözüm dolmuş,
Ruhum sənə əsir olmuş...

Bəlkə işvə, bəlkə nazdır,
Bəlkə mənə bu da azdır!
Həsrətimsən, gileyimsən;
Hər anımı sənə saydım,
Bircə sənə qovuşaydım!


Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.